Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Meydanın yol verilən şəkildə tərk edilməsi



Yüklə 6,76 Mb.
səhifə104/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   100   101   102   103   104   105   106   107   ...   139

Meydanın yol verilən şəkildə tərk edilməsi


Normal əvəzetmədən başqa oyunçu aşağıdakı vəziyyətlərdə meydanı hakimlərin icazəsi olmadan tərk edə bilər:

  • Oyunun bir hissəsi kimi fəndin gedişində topa oynamaq və ya rəqib oyunçunu keçərək əlverişli mövqe yaxalamaq üçün dərhal meydana qayıdır. Bununla belə, meydana daxil olmazdan öncə rəqib oyunçuları yanıltmaq məqsədi ilə meydanı tərk edərək qapılardan birinin arxasından keçməyə icazə verilmir. Əgər oyunçu bunu edərsə və üstünlük prinsipi tətbiq edilə bilməzsə, hakimlər oyunu saxlayır. Hakimlər oyunu saxlayırsa, oyun saxlanılan anda topun olduğu yerdən əks komandanın xeyrinə təyin edilən sərbəst zərbə ilə bərpa edilməlidir. Hakimlərin icazəsi olmadan meydanı tərk etdiyi üçün oyunçuya xəbərdarlıq edilir;

  • Zədə nəticəsində, əgər əvəz edilməyibsə, oyunçu meydana qayıtmaq üçün hakimlərdən və ya üçüncü hakimdən (oyunun digər rəsmi şəxslərindən) icazə almalıdır. Əgər o qanaxmadan əziyyət çəkirsə, onun qayıtması üçün qanaxma kəsilməli və o, hakimlər və yaxud üçüncü hakim(oyunun digər rəsmi şəxsləri) tərəfindən yoxlanılmalıdır;

  • Geyimini qaydaya salmaq və ya yenidən geyinmək üçün; əgər əvəz edilməyibsə, oyunçunun meydana qayıtması üçün hakimlərin icazəsi tələb olunur, lakin hakimlər və yaxud üçüncü hakim oyunçunun meydana qayıtmasından öncə onun geyimini yoxlamalıdır;



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin