Aşağıdakı hallarda fitdən istifadə edilməsi zəruridir:
Oyunun başlanması (1-ci və 2-ci hissə və əlavə vaxtın 1-ci və 2-ci hissəsi);
Qol vurulduqdan sonra oyunun bərpa edilməsi;
Oyunun saxlanılması:
Cərimə/sərbəst zərbə və ya 6 metrlik cərimə zərbəsi təyin edilirsə;
Əgər oyun saxlanılmış və ya dayandırılmışsa, yaxud hissənin başa çatdığını bildirmək üçün xronometrajçı tərəfindən səsləndirilən akustik siqnalı təsdiqləmək üçün;
Oyunun bərpası zamanı:
Cərimə/sərbəst zərbələr zamanı müdafiə olunan komandanın oyunçuları tələb olunan məsafəyə riayət edirlər;
10 metrlik nöqtədən yerinə yetirilən zərbələr ilə;
ATQPCZ zamanı;
6 metrlik cərimə zərbəsi ilə;
Aşağıdakı səbəblərdən saxlanılmış oyunun bərpası zamanı:
Aşağıdakı hallarda fitdən istifadə edilməsinə ehtiyac yoxdur:
Oyunun saxlanılmas:
Topun qapıdan oyuna daxil edilməsi, künc zərbəsi və ya topun yan xətdən oyuna daxil edilməsi üçün (vəziyyət aydın deyilsə, fitdən istifadə zəruridir)
Qol vurulduqda (top qapıya aşkar şəkildə daxil olmamışdırsa, fitdən istifadə zəruridir);
Oyunun bərpası:
Cərimə/sərbəst zərbə ilə, əgər 5 metrlik məsafə tələb edilməmişdirsə və ya zərbəni yerinə yetirən komandaya rəqib oyunçu altıncı toplanmış qayda pozuntusu etməmişdirsə;
Topun qapıdan oyuna daxil edilməsi, künc zərbəsi və ya topun yan xətdən oyuna daxil edilməsi zamanı 5 metrlik məsafə tələb edilməmişdirsə;
Oyunun mübahisəli topla bərpa edilməsi;
Fitdən həddən artıq tez-tez istifadə edilməsi onun effektliyini aşağı salır. Cərimə, sərbəst və ya künc zərbəsini yerinə yetirən komanda rəqib oyunçuların tələb olunan məsafəyə riayət etməsini tələb edirsə, hakimlər oyunçulara aşkar şəkildə göstərirlər ki, oyun fitin səsləndirilməsindən öncə bərpa edilə bilməz. Bu cür hallarda əgər oyunçu hakimlər tərəfindən fitin səsləndirilməsini gözləmədən oyunu bərpa edərsə, oyunçuya oyunun bərpasını gecikdirdiyinə görə xəbərdarlıq edilir.
Əgər oyun ərzində hakimlərdən biri səhvən fit səsləndirirsə və digər hakimlər bunun oyuna mane olduğunu hesab edirlərsə, oyun saxlanılmalıdır. Əgər hakimlər oyunu saxlayırlarsa, oyun saxlanılan anda topun olduğu yerdən mübahisəli topla bərpa edilməlidir. Əgər oyun cərimə meydanında saxlanılmışdırsa, hakimlərdən biri mübahisəli topu cərimə meydanı xəttinin, oyun saxlanılan anda topun olduğu yerə yaxın nöqtəyə atır (bax Qayda 8). Əgər fitin səsləndirilməsi oyuna mane olmursa, hakimlər oyunun davam etdirilməsinə işarə verirlər.
Dostları ilə paylaş: |