Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Köməkçi hakimlərin mövqe seçimi və komanda işi



Yüklə 6,76 Mb.
səhifə114/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   110   111   112   113   114   115   116   117   ...   139
Köməkçi hakimlərin mövqe seçimi və komanda işi
1. Başlanğıc zərbəsi

Üçüncü hakim xronometrajçının masasında yer alır və ehtiyat oyunçuların, komandaların rəsmi şəxslərinin və digər şəxslərin yerləşdiyinə nəzarət edir.


Xronometrajçı öz masasında yer alır və başlanğıc zərbəsinin düzgün yerinə yetirilməsinə nəzarət edir.
2.Oyun ərzində əsas mövqe seçimi

Üçüncü hakim ehtiyat oyunçuların, komandaların rəsmi şəxslərinin və digər şəxslərin düzgün yerləşməsinə nəzarət edir. Bunu etmək üçün zərurət yaranarsa o, meydana daxil olmamaq şərti ilə, yan xətt boyunca hərəkət edə bilər.


Xronometrajçı öz masasında yer alır və xronometrin oyunun gedişinə uyğun olaraq dayandırılmasını və işə salınmasını təmin edir.
3.Əvəzetmələr

Üçüncü hakim ehtiyat oyunçuların geyiminin qaydasında olmasına və əvəzetmənin düzgün yerinə yetirilməsinə nəzarət edir. Bunu etmək üçün zərurət yaranarsa o, meydana daxil olmamaq şərti ilə yan xətt boyunca hərəkət edə bilər.


4.6 metrlik nöqtədən yerinə yetirilən cərimə zərbələri

Üçüncü hakim, ehtiyat hakim təyin olmadığı təqdirdə, zərbə vurmaq hüququna malik oyunçularla birlikdə meydanın 6 metrlik zərbələr yerinə yetirilməyən yarısında mövqe tutmalıdır.Bu mövqedə olarkən o, oyunçuların davranışını müşahidə edir və heç bir oyunçunun, onun komandasında zərbə vurmaq hüququna malik olan digər oyunçuların zərbə yerinə yetirməsindən əvvəl ikinci zərbəni yerinə yetirməməsinə nəzarət edir.


Ehtiyat köməkçi hakim təyin olunarsa, hakimlərin mövqeləri aşağıdakı kimi olmalıdır:
Hakim qapıdan təxminən 2 m məsafədə olmaqla qapı xətti üzrə mövqe tutmalıdır. Onun əsas vəzifəsi topun qapı xəttini keçib-keçməməsinə və qapıçının Qaydaların tələblərini yerinə yetirməsinə nəzarət edir;
Əgər top qapı xəttini aşkar şəkildə keçmişdirsə, hakim heç bir qayda pozuntusunun olmamasına əmin olmaq üçün ikinci və üçüncü hakimlə vizual əlaqə yaratmalıdır;
İkinci hakim topun düzgün yerləşdirildiyinə və zərbəni yerinə yetirən komandanın qapıçısının düzgün yerləşdiyinə nəzarət etmək üçün təxminən 3 m məsafədə olmaqla, 6 metrlik nöqtə ilə eyni mövqe tutmalıdır. İkinci hakim zərbənin yerinə yetirilməsi üçün işarə verir;
Üçüncü hakim qapı xəttindən təxminən 2 m məsafədə, qarşı tərəfdə mövqe tutur.
Üçüncü hakimin əsas vəzifəsi topun xətti keçib-keçməməsini yoxlamaq və lazım olduqda hakimə kömək etməkdir.
Ehtiyar köməkçi hakim hər iki komandanın qalan oyunçularına nəzarət etmək üçün mərkəz dairəsində yer almalıdır.
Xronometrajçı öz masasında yer almalı və

  • 6 metrlik zərbəni vurmaqdan məhrum edilmiş oyunçuların və komadaların rəsmi şəxslərinin davranışına nəzarət etməlidir.

  • Tabloda hesabı 0-0-a qurur və vuruşların nəticəsini tabloda qeyd edir.

Bütün hakimlər və oyunun rəsmi şəxsləri zərbələri və zərbələri yerinə yetirən oyunçuların nömrələrini qeydə alırlar.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin