Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə117/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   113   114   115   116   117   118   119   120   ...   139

Xronometr


Əgər xronometr lazımi şəkildə işləmirsə, köməkçi hakimlər bu barədə hakimlərə məlumat verməlidirlər. Xronometrajçı mexaniki xronometrdən istifadə etməklə oyunun xronometrajını aparmağa davam etməlidir. Bu cür vəziyyətdə, onlar hər bir komandanın rəsmi şəxsini dəvət edərək onları oyunun həqiqi vaxtı barədə məlumatlandırırlar.
Əgər oyunun saxlanılmasından sonra xronometrajçı xronometri işə salmağı unudursa, hakimlər keçirilmiş müddətin xronometrə əlavə edilməsinə göstəriş verirlər.
Oyunun bərpa edilməsindən sonra xronometr aşağıdakı şəkildə işə salınır :

  • Topun qapıdan oyuna daxil edilməsi: qapıçının topu əlindən buraxmasından və topun cərimə meydanını tərk etməsindən sonra, prosedura uyğun olaraq;

  • Künc zərbəsi: topa zərbə endirildikdən və o, aydın şəkildə hərəkət etdikdən sonra, prosedura uyğun olaraq;

  • Topun yan xətdən oyuna daxil edilməsi: topa zərbə endirildikdən və o aydın şəkildə hərəkət etdikdən sonra, prosedura uyğun olaraq;

  • Cərimə meydanından kənarda cərimə zərbəsi: topa zərbə endirildikdən və o aydın şəkildə hərəkət etdikdən sonra, prosedura uyğun olaraq;

  • Hər hansı komanda tərəfindən cərimə meydanından kənarda və ya hücum edən komanda tərəfindən cərimə meydanı xəttindən yerinə yetirilən sərbəst zərbə: topa zərbə endirildikdən və o aydın şəkildə hərəkət etdikdən sonra, prosedura uyğun olaraq;

  • Müdafiə olunan komanda tərəfindən cərimə meydanı daxilində yerinə yetirilən cərimə və ya sərbəst zərbə: topa zərbə endirildikdən və o aydın şəkildə hərəkət etdikdən sonra, prosedura uyğun olaraq;




    • 6 metrlik cərimə zərbəsi: topa zərbə endirildikdən və o aydın şəkildə irəli hərəkət etdikdən sonra, prosedura uyğun olaraq;

    • Altıncı toplanmış qayda pozuntusundan başlayan cərimə zərbəsi vuruşu zamanı: qol vurmaq məqsədi ilə topa zərbə endirildikdən və o aydın şəkildə irəli hərəkət etdikdən sonra, prosedura uyğun olaraq;

    • Mübahisəli top: hakimlərdən biri tərəfindən atıldıqdan və yer səthinə toxunduqdan sonra, prosedura uyğun olaraq.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin