Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


QAYDA 8 – Oyunun başlanması və bərpası



Yüklə 6,76 Mb.
səhifə118/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   114   115   116   117   118   119   120   121   ...   139

QAYDA 8 – Oyunun başlanması və bərpası

Başlanğıc zərbə


Hakimlər başlanğıc zərbəsinin yerinə yetirilməsinə işarə verməzdən öncə qapıçıların və ya hər hansı digər oyunçunun hazır olmasını gözləməyə məcbur deyillər.

QAYDA 12 – Qayda pozuntuları və intizamsız davranış

Rəqibə hücüm


Rəqibə hücum - əldən və dirsəkdən istifadə etməməklə, topdan oyun məsafəsində fiziki təmasla mövqe uğrunda mübarizədir. Rəqibə aşağıdakı şəkildə hücum etmək qayda pozuntusudur:

    • Ehtiyatsız şəkildə;

    • Düşüncəsiz şəkildə;

    • Həddən artıq güc tətbiq etməklə.



Rəqibi tutmaq


Rəqibi tutmaq əllərdən, qollardan və bədənin gövdəsindən istifadə etməklə rəqibin yandan ötüb keçərək irəliyə hərəkət etməsinə mane olmaq deməkdir.
Hakimlər xüsusilə cərimə meydanı daxilində və künc zərbəsi, topun yan xətdən oyuna daxil edilməsi, yaxud cərimə və sərbəst zərbələr zamanı tutma ilə bağlı qayda pozuntularına dərhal müdaxilə etməli və sərt davranmalıdır.
Bu cür vəziyyətlərdə hakimlər:

    • Topun oyuna daxil edilməsinə qədər rəqibini tutub saxlayan hər hansı oyunçuya şifahi xəbərdarlıq etməlidir;

    • Topun oyuna daxil edilməsinə qədər rəqibini tutub saxlamağa davam edən oyunçuya sarı vərəqə göstərməklə xəbərdarlıq etməlidir;

    • Əgər bu, top oyunda olduğu zaman baş verərsə, cərimə zərbəsi və ya 6 metrlik zərbə təyin etməli və oyunçuya sarı vərəqə göstərməklə xəbərdarlıq etməlidir;

Əgər müdafiə olunan komandanın oyunçusu rəqibi cərimə meydanından kənarda saxlamağa başlayır və onu cərimə meydanı daxilində saxlamaqda

davam edirsə, hakimlər 6 metrlik cərimə zərbəsi təyin etməlidirlər.
İntizam sanksiyaları


  • Rəqibi tutaraq onun topa sahib olmasına və ya əlverişli mövqe tutmasına

mane olan oyunçuya qeyri-idman hərəkətinə görə xəbərdarlıq edilməlidir;

meydandan qovulmalıdır;

  • Rəqibi tutmaqla bağlı digər vəziyyətlərdə intizam sanksiyası tətbiq olunmamalıdır.


Oyunun bərpası

  • Qaydanın pozulduğu yerdən cərimə zərbəsi ilə və ya əgər qayda pozuntusu cərimə meydanında baş vermişsə, 6 metrlik cərimə zərbəsi ilə.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin