Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə122/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   118   119   120   121   122   123   124   125   ...   139

Təhlükəli oyun


Təhlükəli oyun zamanı oyunçular arasında fiziki təmas yoxdur. Əgər fiziki təmas varsa, bu hərəkət cərimə zərbəsi və ya 6 metrlik zərbə ilə cəzalandırılan qayda pozuntusuna çevrilir. Fiziki təmas olduğu təqdirdə hakimlər, həmçinin intizamsız davranış barədə çox kiçik ehtimalı diqqətlə nəzərə almalıdırlar.
İntizam sanksiyaları

  • Əgər oyunçu mübarizədə təhlükəli şəkildə oynayırsa, hakimlər intizam tədbiri görməməlidirlər. Əgər bu hərəkət aşkar zədə riski ilə edilirsə, hakimlər düşüncəsiz şəkildə rəqibə hücum etdiyi üçün oyunçuya xəbərdarlıq etməlidirlər;

  • Əgər oyunçu təhlükəli oynayaraq rəqibi aşkar qol vurmaq imkanından

məhrum edirsə, hakimlər onu meydandan qovmalıdırlar.
Oyunun bərpası

  • Sərbəst zərbə

Əgər fiziki təmas varsa, qayda pozuntusu fərqli xarakter alaraq cərimə zərbəsi və ya 6 metrlik zərbə ilə cəzalandırılır, yaxud əgər hakimlər hücumun ehtiyatsız və ya düşüncəsiz şəkildə, yaxud həddən artıq güc tətbiq edilərək edildiyini hesab edirlərsə, qayda pozuntusu fərqli xarakter alaraq cərimə zərbəsi və 6 metrlik zərbə ilə cəzalandırılır.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin