Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Etirazın sözlə və ya hərəkətlə bildirilməsi



Yüklə 6,76 Mb.
səhifə123/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   119   120   121   122   123   124   125   126   ...   139
Etirazın sözlə və ya hərəkətlə bildirilməsi

Hakimlərin və ya köməkçi hakimlərin qərarlarına etirazını (sözlə və ya hərəkətlə) bildirən əsas və ya ehtiyat oyunçuya xəbərdarlıq edilməlidir.


Komandanın kapitanı, oyunçuların davranışına görə müəyyən dərəcədə məsuliyyət istisna olmaqla, heç bir xüsusi statusa və ya imtiyaza malik deyil.
Hakimlərə və ya oyunun rəsmi şəxslərinə hücum edən, yaxud onlara qarşı təhqiredici, kobud və ya nalayiq jestlər və ya ifadələr işlədən hər hansı əsas və ya ehtiyat oyunçu qovulmalıdır.



Oyunun bərpasının ləngidilməsi

Hakimlər taktikadan istifadə etməklə oyunun bərpasını ləngidən oyunçuya xəbərdarlıq etməlidirlər:



    • Yeganə məqsəd – zərbənin hakimlər tərəfindən təkrar etdirilməsi üçün cərimə və ya sərbəst zərbənin yanlış yerdən yerinə yetirilməsi;

    • Hakimlər oyunu saxladıqdan sonra topun uzaqlaşdırılması və ya əllə aparılması;

    • Oyunçuların aldığı zədənin qiymətləndirilməsi üçün tibbi heyətin meydana

daxil olmasından sonra meydanın tərk edilməsinin ləngidilməsi;

    • Hakimlər oyunu saxladıqdan sonra bilərəkdən topa toxunaraq qarşıdurmaya şərait yaratmaq.


Simulyasiya

Zədə almaq və ya qayda pozuntusuna məruz qalmaq görüntüsü yaradaraq hakimləri aldatmağa cəhd edən hər hansı oyunçu simulyasiyada təqsirkar hesab ediləcək və ya qeyri-idman hərəkətinə görə cəzalandırılacaq. Əgər oyun bu qayda pozuntusu nəticəsində dayandırılarsa, oyun qaydanın pozulduğu yerdən sərbəst zərbə ilə bərpa edilir.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin