Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə125/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   121   122   123   124   125   126   127   128   ...   139

Ciddi qayda pozuntusu


Ciddi qayda pozuntusunda təqsirkar olan oyunçu meydandan qovulmalı və oyun qayda pozuntusunun edildiyi yerdən cərimə zərbəsi ilə və ya 6 metrlik zərbə ilə (qayda pozuntusu qaydanı pozan komandanın cərimə meydanında baş veribsə) bərpa edilir.
Aşkar qol vurmaq imkanının yarandığı hallar istisna olmaqla, ciddi qayda pozuntusu zamanı üstünlük prinsipi tətbiq edilməməlidir. Top növbəti dəfə oyundan çıxdıqda hakimlər ciddi qayda pozuntusunda təqsirkar olan oyunçunu meydandan qovmalıdırlar.

QAYDA 13 – Cərimə və Sərbəst zərbələr

Məsafə


Əgər oyunçu cərimə və ya sərbəst zərbəni cəld yerinə yetirməyi qərara alırsa və 5 metr məsafədən yaxın olan rəqib oyunçu topu ələ keçirirsə, hakimlər oyunun davam etdirilməsinə imkan verməlidir.
Əgər oyunçu cərimə və ya sərbəst zərbəni cəld yerinə yetirməyi qərara alırsa və yaxın olan rəqib oyunçu bilərəkdən ona zərbəni yerinə yetirməyinə mane olursa, hakimlər oyunun bərpasını gecikdirdiyinə görə oyunçuya xəbərdarlıq etməlidirlər.
Müdafiə olunan komandanın öz cərimə meydanından yerinə yetirdiyi cərimə və ya sərbəst zərbə zamanı, müdafiə olunan komandanın zərbəni cəld yerinə yetirməyi qərara aldığına görə cərimə meydanını tərk etməyə vaxtı olmayan bir və ya daha çox rəqib oyunçu cərimə meydanında qalarsa, hakimlər oyunun davam etdirilməsinə imkan verirlər, bir şərtlə ki, top digər oyunçuya toxunmadan birbaşa cərimə meydanını tərk etsin.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin