Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


QAYDA 16 – Topun qapıdan oyuna daxil edilməsi



Yüklə 6,76 Mb.
səhifə128/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   124   125   126   127   128   129   130   131   ...   139

QAYDA 16 – Topun qapıdan oyuna daxil edilməsi

Prosedurlar – pozuntular


Əgər rəqib oyunçu topun oyuna daxil edilməsindən öncə cərimə meydanına daxil olursa və ya hələ də cərimə meydanındadırsa və ona qarşı müdafiə olunan komandanın oyunçusu tərəfindən qayda pozuntusu edilirsə, top yenidən qapıdan oyuna daxil edilir və oyunçu qayda pozuntusunun xarakterindən asılı olaraq xəbərdarlıq və ya qovulma ilə cəzalandırıla bilər.
Topun qapıçı tərəfindən qapıdan oyuna daxil edilməsi zamanı qapıçı topu oyuna cəld daxil etməyə qərar verdiyi üçün cərimə meydanını tərk etməyə imkan tapmayan bir və ya daha çox rəqib oyunçu hələ də cərimə meydanındadırsa, hakimlər oyunun davam etdirilməsinə imkan verməlidirlər.

Əgər topu qapıdan oyuna düzgün şəkildə daxil edən qapıçı bilərəkdən topu cərimə meydanından kənarda olan rəqibinə vurursa, lakin bunu ehtiyatsız və ya düşüncəsiz şəkildə etmirsə, yaxud həddən artıq güc tətbiq etmirsə, hakimlər oyunun davam etdirilməsinə imkan verirlər.


Əgər qapıçı topu öz cərimə meydanından oyuna daxil etmirsə, hakimlər topun yenidən qapıdan oyuna daxil edilməsinə işarə verirlər, buna baxmayaraq, qapıçı topu oyuna daxil etməyə hazır olduqdan sonra dörd saniyənin sayılması qaldığı yerdən davam etdirilir.
Qapıçının topa əllə və ya ayaqla nəzərət edən zaman hakimlər tərəfindən dörd saniyənin sayılmasına başlanır.
Əgər topu qapıdan oyuna düzgün şəkildə daxil edən qapıçı topun cərimə meydanını tərk etməsindən sonra digər oyunçunun topa toxunmasına qədər topa yenidən bilərəkdən əllə toxunarsa, hakimlər əks komandanın xeyrinə cərimə zərbəsi təyin edir və ona qarşı Futzal Oyun Qaydalarına uyğun olaraq intizam tədbiri görə bilərlər.
Əgər qapıçı topu qapıdan oyuna ayaqla daxil edirsə, hakimlər ona şifahi xəbərdarlıq etməli və topu oyuna əllə daxil etməsinə göstəriş verməlidirlər, lakin dörd saniyənin sayılması qapıçının topu oyuna daxil etməyinə hazır olmasından sonra qaldığı yerdən davam etdirilir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin