Hakimlərə xatırladılır ki, rəqib oyunçular topun oyuna daxil edilməsinə qədər künc qövsündən ən azı 5 m məsafədə olmalıdırlar. Zərurət yaranarsa, hakimlər topun oyuna daxil edilməsindən öncə bu məsafəyə riayət etməyən oyunçuya şifahi xəbərdarlıq etməli və oyunçu bundan sonra da müəyyən edilmiş məsafəyə riayət etmirsə, ona sarı vərəqə göstərməlidirlər.
Top künc qövsünün daxilinə qoyulmalıdır və ona zərbə endirildikdə oyunda sayılır.Topun oyunda olması üçün künc qövsünü tərk etməsi vacib deyil.
Əgər oyun epizodunun bir hissəsi kimi qapıçı öz qapısını tərk edirsə və ya qapıçı daxil olmaqla hər hansı oyunçu təsadüfən meydanı tərk edirsə, əks komanda künc zərbəsini cəld yerinə yetirə bilər.