Electronic performance and tracking system (EPTS) - Elektron fəaliyyət və izləmə sistemi (EPTS)
Oyunçunun fiziki və psixoloji vəziyyəti barədə məlumatları qeydə alan və təhlil edən system.
Endanger the safety of an opponent - Rəqibin sağlamlığına təhlükə yaratmaq
Rəqibi zədə təhlükəsinə məruz qoymaq.
Excessive force - Həddən artıq güc
Lazım olandan artıq gücün istifadəsi.
Extra time – Əlavə vaxt
Hər biri beş dəqiqədən çox olmayan iki əlavə hissənin təyin edilməsi ilə oyunun nəticəsinin müəyyən edilməsi.
F
Feinting – Aldadıcı fənd
Rəqibi yanıltmağa yönələn cəhd. Qaydalarda icazə verilən və icazə verilməyən aldadıcı fənd müəyyən edilmişdir.
Flying goalkeeper – “Oynayan qapıçı”
Meydanda oyunçu kimi oynayan (müvəqqəti olaraq) qapıçı tez-tez meydanın rəqibə aid yarısında mövqe tutur və öz qapısını nəzarətsiz qoyur. Bu mövqedə komandanın əsas qapıçısı və ya xüsusi olaraq bu məqsədlə əsas qapıçını əvəz etmək üçün başqa bir oyunçu oynaya bilər.