Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə139/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   131   132   133   134   135   136   137   138   139

T

Tackle – Sürüşmə fəndi


Top uğrunda ayaqla edilən mübarizə (yerdə və ya havada).

Team list – Komandanın heyəti


Əsas oyunçular, ehtiyat oyunçular və komandanın rəsmi şəxslərinin siyahısı.

Team official – Komandanın rəsmi şəxsləri


Oyunun protokolunda oyunçu kimi qeyd edilməmiş hər hansı şəxs, məsələn məşqçi, fizioterapevt, həkim.

Technical area – Texniki zona


Komandanın rəsmi şəxsləri və ehtiyat oyunçular üçün nəzərdə tutulmuş oturacaqlı ərazi.

Timeout – Bir dəqiqəlik fasilə


İki hissənin hər birində komandaların yararlana biləcəyi bir dəqiqəlik fasilə .

Two-minute numerical reduction - İki dəqiqəlik say azalma


Oyunçu qovulduqdan sonra bir komandanın oyunçu sayı iki dəqiqəlik azalır; əgər iki dəqiqəlik vaxt bitmədiyi zaman rəqib komanda tərəfindən qol vurularsa qaydalarda müəyyən edilən şərtləri nəzərə alaraq oyunçuların sayı artırıla bilər.

U

Undue interference - Əsassız müdaxilə


Lazımsız hərəkət/davranış.

Unsporting behavior – Qeyri-idman hərəkəti

Ədalətsiz hərəkət/davranış; xəbərdarlıqla cəzalandırılır.




V

Violent conduct – Təcavüskar davranış


Oyunçunun topa oynamaq cəhdi olmadan, rəqibə qarşı həddən artıq güc və ya kobudluqdan istifadə etməsi, yaxud hər hansı şəxsin başına və ya üzünə zərbə endirməsi.

HAKİM TERMİNLƏRİ



Match official(s) – Oyunun rəsmi şəxsləri (Oyunun hakimlər)

Oyunu təşkil edən assosiasiya və yaxud yarış adından oyunun idarə edilməsinə məsuliyyət daşıyan şəxs və ya şəxsləri ifadə edən ümumi termin.



“Meydanda” olan oyunun rəsmi şəxsləri (hakimləri)

Baş hakim


Oyun meydanında oyunu idarə edən əsas şəxs. Oyunun digər hakimləri baş hakimin nəzarəti və göstərişi ilə hərəkət edirlər. Yekun qərarı baş hakim verir.

İkinci hakim


Meydanda oyunu idarə etmək üçün təyin olunur. Oyunun digər hakimləri kimi baş hakimin nəzarəti və göstərişi ilə hərəkət edir. İkinci hakim həmişə baş hakimin nəzarəti altındadır

Oyunun digər rəsmi şəxsləri


Hakimlərə kömək etmək üçün digər hakimlər təyin edilə bilər:

    • Üçüncü hakim

Texniki zonaya nəzarət və ehtiyat oyunçuların idarə edilməsi daxil olmaqla, meydanda və ya meydandan kənarda baş hakimə kömək edən hakim; vurulan qollar, toplanmış qaydaya pozuntuları və digər qeydləri aparır.

    • Ehtiyat köməkçi hakim

Oyunu davam etdirə bilməyən üçüncü hakim və ya xronometraçını əvəz edən köməkçi hakim

    • Xronometrajçı

Oyunun rəsmi şəxsı - əsas vəzifəsi oyun vaxtına nəzarət etməkdir.


Kitabı tərcümə edən

Hakimlər Departamentinin Rəhbəri – Cavid Cəlilov
Kitabı tərcümə edən

Beynəlxalq Dərəcəli Hakim – Elçin Məmmədov


Kitabı tərcümə edən

Milli Dərəcəli Hakim – Anar Fərəcov


Redaktə edən – Mahal Məmmədov


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin