Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə15/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   139

Əvəzetmə və texniki zona





Təhlükəsizlik

Yarışın reqlamentində meydanı məhdudlaşdıran xətlər (qapı xətləri və yan xətlər) və tamaşaçıları ayıran maneələr arasında mövcud olan (reklam lövhələr daxil olmaqla) və iştirakçıların təhlükəsizliyini təmin edən məsafə müəyyən edilməlidir.



  1. Qapılar

Qapı, hər bir qapı xəttinin mərkəzində yerləşdirilməlidir.


Qapı, meydanın künc nöqtələrindən eyni məsafədə olan iki şaquli dirəkdən və onları üstdən birləşdirən üfiqi tirdən ibarətdir. Qapı dirəkləri və tir müvafiq materialdan hazırlanmalıdır. Onların forması kvadrat (oyunçuların təhlükəsizliyini təmin etmək üçün bucaqları yuvarlanmalıdır) və ya dairəvi ellips şəklində olmalı və oyunçular üçün təhlükəli olmamalıdır.
Dirəklər arasındakı məsafə (daxili ölçü) 3 m, tirin aşağı səthindən yer səthinə qədər olan məsafə isə 2 m-dir.
Qapı dirəkləri və tir eyni genişliyə və dərinliyə malik olmalı və 8 sm-i aşmamalıdır. Torlar kəndirdən, cutdan, neylondan və ya digər müvafiq materialdan hazırlanmalı və qapı dirəklərinin və tirin arxasına müvafiq dayaq vasitəsilə birləşdirilməlidir. Onlar etibarlı bağlanmalı və elə bərkidilməlidir ki, qapıçıya mane olmasın.
Əgər qapı tiri yerindən çıxarsa və ya qırılarsa oyun tirin təmir edilməsinə və ya yerinə quraşdırılmasına qədər dayandırılır. Tirin təmir edilməsi mümkün deyilsə,matç dayandırılmalıdır. Tiri əvəz etmək üçün kəndirdən istifadə edilməsinə icazə verilmir.Tir təmir edildikdən sonra, matç oyun saxlanılan anda topun olduğu yerdən mübahisəli topla bərpa edilir. Oyun cərimə meydanında saxlanılmışsa, hakimlərdən biri mübahisəli topu cərimə meydanı xəttinin oyun saxlanılan anda topun olduğu yerə yaxın nöqtəsinə atır (bax Qayda 8).

Qapı dirəkləri və tir meydandan fərqlənən rəngdə olmalıdır

0.08m


Qapılar onların aşmasının qarşısını alan stabilizasiya sisteminə malik olmalıdır. Onlar meydanın örtüyünə sabit bərkidilməli, əksinə olaraq arxa tərəfdən kifayət qədər ağırlığa sahib olmalıdırlar ki, qapıların dirəkləri mümkün olan şəkildə hərəkət etməsinə imkan yaratmalı və iştirakçılara təhlükə daşımamalıdır.





Hərəkət etdirilən qapılar ancaq yuxarıda qeyd olunan tələblərə riayət etdikdə istifadə oluna bilər.




  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin