Əgər yarışın reqlamenti ilə qadağan edilmirsə, texniki zonaların döşəməsində reklamın yerləşdirilməsinə icazə verilir, bir şərtlə ki, bu texniki zonada yer alan şəxslərə, oyunçulara və hakimə çətinlik yaratmasın.
Meydan ətrafında reklam
Şaquli reklam ən azı:
Texniki zona və bütün növ reklamın yerləşdirilməsi qadağan edilmiş əvəzetmə zonası istisna olmaqla yan xətlərdən 1 m aralı məsafədə
Qapı xəttindən qapı torunun dərinliyi qədər məsafədə
Qapı torundan 1 m məsafədə olmalır
QAYDA 2 - TOP
1 Keyfiyyət və ölçülər
Bütün toplar :
Kürəvi formaya malik olmalıdır;
Müvafiq materialdan hazırlanmalıdır;
Dairə boyu uzunluğu 62 sm-dən az, 64 sm-dən çox olmamalıdır;
Oyuna başlama anında 440 qramdan artıq, 400 qramdan az olmamalıdır;
Dəniz səviyyəsində təzyiq 0.6 – 0.9 atmosfer (600-900 qvəsm²) olmalıdır;
Top 2 m hündürlükdən atılarkən yer səthinə toxunuşdan sonra 50 sm-dən aşağı, 65 sm-dən hündürə sıçramamalıdır.
FIFA və konfederasiyaların bayrağı altında təşkil edilən yarışlar çərçivəsində keçirilən matçlarda istifadə olunan bütün topların üzərində aşağıdakı markalardan biri olmalıdır:
FIFA Quality PRO FIFA Quality
IMS – INTERNATIONAL MATCH STANDARD
Hər bir marka göstərir ki, top rəsmi olaraq yoxlamadan keçib və Qayda 2-də müəyyən edilmiş minimal spesifikasiyalara əlavə olaraq, həmin marka üzrə FIFA tərəfindən təsdiq edilmiş xüsusi texniki tələblərə cavab verir.
Sınaqları həyata keçirən təşkilatlar FIFA tərəfindən təsdiq edilir.
Dostları ilə paylaş: |