FIFA-nın, konfederasiyaların və milli assosiasiyaların bayrağı altında keçirilən matçlarda yarışın, təşkilatçının emblemi və istehsalçının təsdiq edilmiş ticarət markası istisna olmaqla, topun üzərində heç bir kommersiya reklamına icazə verilmir. Bu cür nişanların ölçüsü və sayı yarışın reqlamenti ilə məhdudlaşdırıla bilər.
Top oyun zamanı partlayır və ya qüsurlu vəziyyətə düşürsə, oyun dayandırılır, ehtiyat top vasitəsilə, birinci topun qüsurlu hala düşdüyü yerdən mübahisəli top atmaqla bərpa olunur, əgər oyun dayandırılan an top cərimə meydanının daxilində olmayıbsa (bax Qayda 8). Yegənə istisna, qapıya zərbə nəticəsində top partladığı /qüsurlu hala düşən zaman qapı dirəklərindən birinə və ya tirə toxunduqdan sonra qapıya daxil olarsa. (bu qaydanın 6-cı bəndinə bax)
Əgər top başlanğıc zərbəsindən, qapıdan atış zamanı, küncdən zərbədən,
cərimə və ya sərbəst zərbədən, 6 metrlik zərbədən və ya yan xətdən oyuna daxil edilərkən qüsurlu hala düşərsə, oyun müvafiq qaydada yenidən bərpa olunur.
Əgər top 6 metrlik zərbə zamanı, yaxud 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr seriyası zamanı irəli hərəkət etdikdən sonra hər hansı
bir oyunçuya, qapı tirinə və qapı dirəklərinə toxunmazdan əvvəl qüsurlu hala düşərsə, 6 metrlik zərbə təkrar edilir.
Oyun ərzində top hakimin icazəsi olmadan dəyişdirilə bilməz.