Matç ərzində meydanın ətrafında əlavə toplar yerləşdirilə bilər, bir şərtlə ki, onlar Qayda 2-nin tələblərinə cavab versin və hakimin nəzarəti altında istifadə edilsin.
Meydanda artıq toplar
Əgər topun oyunda olduğu müddətdə meydana artıq top daxil olarsa, hakimlər yalnız artıq topun oyuna müdaxilə etdiyi hallarda oyunu saxlayır. Oyun saxlanılan anda topun olduğu yerdən mübahisəli topla bərpa edilir, əgər oyun dayandırılan an top cərimə meydanın daxilində olmayıb (bax Qayda 8).
Əgər top oyunda olduğu müddətdə meydana artıq top daxil olarsa, lakin oyuna mane olmazsa, hakimlər artıq topun ən qısa zamanda meydandan uzaqlaşdırılmasına şərait yaratmalıdırlar.