Əvəzetmələrin sayı
Oyun ərzində ediləcək əvəzetmələrin sayına məhdudiyyət qoyulmur.
Rəsmi yarışlar
FIFA-nın, konfederasiyaların və milli assosiasiyaların bayrağı altında keçirilən istənilən rəsmi yarışda maksimum doqquz ehtiyat oyunçudan istifadə edilə bilər. Yarışın reqlamentində ehtiyat oyunçuların maksimum sayı göstərilməlidir.
Digər yarışlar
“A” milli yığma komandaların iştirakı ilə keçirilən matçlarda maksimum on ehtiyat oyunçudan istifadə etmək olar. Qalan bütün matçlarda daha çox ehtiyat oyunçudan istifadə etməyə icazə verilir, bir şərtlə ki:
• Müvafiq komandalar maksimal sayda əvəzetmə ilə bağlı razılığa gəlirlər
• Hakimlər bu barədə oyun başlanmazdan öncə məlumatlandırılır
Əgər hakimlər matçdan öncə məlumatlandırılmırsa, yaxud razılıq əldə edilmirsə, 10-dan artıq ehtiyat oyunçudan istifadə edilməsinə icazə verilmir.
Dostları ilə paylaş: |