İsinmə
Oyun vaxtı eyni zamanda isinmə hərəkəti edə biləcək komandaların ehtiyat oyunçularının sayı ən cox beş nərəf ola bilər.
Qapıçının dəyişdirilməsi
Qapıçı ilə yerini dəyişən əsas və ehtiyat oyunçu üzərində öz nömrəsi olan qapıçı köynəyi geyinməlidir. Bəzi hallarda yarışın reqlamentində qeyd oluna bilər ki, əsas və ehtiyat oyunçu oyun ərzində qapıçı ilə yerini dəyşən zaman, qapıçı köynəyi üzərində öz nömrəsinin olmağı ilə yanaşı, əsas qapıçının köynəyi ilə eyni rənqdə olmalıdır.