Əgər ehtiyat oyunçu meydana əvəz edilən oyunçunun meydanı tərk etməsindən öncə daxil olarsa, yaxud əvəzetmə zamanı ehtiyat oyunçu meydana öz komandasına aid əvəzetmə zonasından deyil, fərqli yerdən daxil olarsa:
Hakimlər oyunu saxlayır (üstünlük prinsipini tətbiq etmək mümkündürsə, oyunu dərhal saxlamaq vacib deyil);
Hakimlər əvəzetmə prosedurunu pozduğuna görə oyunçuya xəbərdarlıq edir və ona meydanı tərk etmək göstərişi verir.
Əgər hakimlər oyunu saxlayıbsa, matç oyun saxlanılan anda topun olduğu yerdən, rəqib komandanın xeyrinə təyin edilən sərbəst zərbə ilə bərpa olunur. Əgər həmin ehtiyat oyunçu və ya onun komandası həm də başqa bir qayda pozuntusu edərsə, oyun “Futzal Oyun Qaydalarının hakimlər və digər hakimlər üçün praktiki təlimatlar” - Qayda 3 - bölməsinə uyğun olaraq bərpa edilir.
Əgər əvəzetmə zamanı əvəz edilən oyunçu meydanı Futzal Oyun Qaydalarında nəzərdə tutulmayan səbəbdən və komandasına aid əvəzetmə zonasından deyil fərqli yerdən tərk edərsə, hakimlər oyunu saxlayır (üstünlük prinsipini tətbiq etmək mümkündürsə, oyunu dərhal saxlamaq vacib deyil), əvəzetmə prosedurunu pozduğuna görə oyunçuya xəbərdarlıq edir.
Əgər hakimlər oyunu saxlamışsa, matç saxlanılan anda topun olduğu yerdən, rəqib komandanın xeyrinə təyin edilən sərbəst zərbə ilə bərpa olunur.
Bu qaydanın hər hansı digər şəkildə pozulması zamanı:
Müvafiq oyunçulara xəbərdarlıq edilir.
Matç oyun saxlanılan anda topun olduğu yerdən rəqib komandanın xeyrinə təyin edilən sərbəst zərbə ilə bərpa olunur. Xüsusi hallarda oyun “Futzal Oyun Qaydalarının hakimlər və digər hakimlər üçün praktiki təlimatlar” - Qayda 3 - bölməsinə uyğun olaraq bərpa edilir.
Dostları ilə paylaş: |