Əsas və ehtiyat oyunçuların qovulması
Əsas heyətin oyunçusunun qovulması:
Komandaların heyətlərinin təqdim edilməsindən əvvəl qovulmuş əsas heyətin oyunçusu, heç bir halda matçın protokoluna daxil edilə bilməz;
Komandanın heyətində qeyd edildikdən sonra və başlanğıc zərbəsindən əvvəl qovulan əsas heyətin oyunçusu, ehtiyat oyunçu ilə əvəz edilə bilər, lakin həmin ehtiyat oyunçunun əvəzinə protokola başqa ehtiyat oyunçu daxil edilə bilməz.
Başlanğıc zərbəsindən əvvəl və ya sonra qovulmuş ehtiyat oyunçu əvəz edilə bilməz.
Ehtiyat oyunçu qovulmanın baş verməsindən sonrakı iki tam dəqiqədən sonra qovulan oyunçunu əvəz edərək meydana daxil ola bilər, bir şərtlə ki, xronometrajçı və ya üçüncü hakim buna icazə versin. Əgər iki dəqiqənin tamam olmasından öncə qol vurularsa, aşağıdakı şərtlər yerinə yetirilir:
Əgər komandaların biri beş, digəri isə dörd oyunçu ilə oynayırsa və meydanda daha çox oyunçusu olan komanda qol vurarsa, meydanda yalnız dörd oyunçusu olan komandanın beşinci oyunçusu oyuna daxil ola bilər;
Əgər hər komandanın iki dəqiqənin tamam olmasından öncə, hər iki komanda üç və ya dörd oyunçu ilə oynayırsa və qol vurulursa, hər iki komanda eyni sayda oyunçu ilə oyunu davam etdirir;
Əgər komandaların biri beş, digəri isə üç, yaxud onlardan biri dörd, digəri isə üç oyunçu ilə oynayırsa və daha çox oyunçu ilə oynayan komanda qol vurursa, meydanda üç oyunçusu olan komandanın oyunçularına yalnız bir oyunçu əlavə edilə bilər;
Daha az oyunçu ilə oynayan komanda qol vurursa, matç oyunçuların sayına dəyişiklik edilmədən davam etdirilir, əgər iki dəqiqənin tamam olmasından öncə, daha çox oyunçu ilə oynayan komanda bu zaman aralığında qol vurmasa;
Dostları ilə paylaş: |