Qol vurulan zaman meydanda artıq şəxsin olması
Top qapı xəttini dirəklərin arasından və tirin altından tam keçən an, meydanda artıq şəxs aşkar edilərsə və o qol buraxan komandanın ehtiyat (əvəzetmə proseduru istisna olmaqla), qovulmuş oyunçusu və ya rəsmi şəxsidirsə (topa müdaxilə etsələr belə), hakim qolu qeydə almalıdır, bir şərtlə ki, əgər müdaxilə qol vuran komanda tərəfindən müəyyən edilməmişdir.
Əgər qolun vurulmasından və oyunun bərpa edilməsindən sonra hakim, qol vurulan anda oyun meydanında artıq şəxsin olduğunu aşkar edərsə, qol ləğv edilə bilməz.
Əgər artıq şəxs hələ də oyun meydanındadırsa, hakim:
oyunu saxlamalıdır;
kənar şəxsi meydandan uzaqlaşdırmalıdır;
oyunu müvafiq olaraq mübahisəli topla və ya cərimə/sərbəst zərbə ilə bərpa etməlidir;
Hakimlər insident haqqında müvafiq instansiyalara məlumat verməlidirlər.
Əgər qol vurulduqdan sonra, oyunun bərpa olunmasına qədər hakim, qol vurulan anda meydanda artıq şəxsin olduğunu aşkar edərsə:
Hakim qolu ləğv etməlidir, əgər artıq şəxs:
qol vuran komandanın əsas heyət oyunçusu, ehtiyat oyunçusu, qovulmuş oyunçusu və ya rəsmi şəxsidirsə; oyun artıq şəxsin olduğu yerdən cərimə zərbəsi ilə bərpa olunur;
oyuna müdaxilə edən kənar şəxsdirsə, oyun mübahisəli top ilə bərpa edilirir;
Hakim qolu qeydə almalıdır, əgər artıq şəxs:
qol buraxan komandanın əsas heyət oyunçusu, ehtiyat oyunçusu, qovulmuş oyunçusu və ya rəsmi şəxsidirsə;
oyuna müdaxilə etməyən kənar şəxsdirsə;
Bütün hallarda, hakim artıq şəxsi oyun meydanından uzaqlaşdırmalıdır.
Dostları ilə paylaş: |