Məcburi geyim
Oyunçunun məcburi geyimi aşağıdakı elementlərdən ibarətdir:
Qolları olan köynək;
Tuman - Qapıçıya şalvar geyinməyə icazə verilir;
Corab – corabın üzərindən yapışdırılan lentin və ya hər hansı materialın rəngi corabın örtülən hissəsi ilə eyni rəngdə olmalıdır;
Baldır qoruyucusu – onlar lazımi müdafiəni təmin etmək üçün müvafiq materialdan hazırlanmalı və corablarla örtülməlidir.
İdman ayaqqabısı
Ayaqqabısını və ya baldır qoruyucusunu təsadüfən itirən oyunçu, onları mümkün qədər tez və topun növbəti dəfə oyundan çıxmasını gözləmədən əvəz etməlidir; Əgər bunu etməzdən əvvəl oyunçu topa oynayır və qol vurursa, qol qeydə alınır.
Dostları ilə paylaş: |