QAYDA 14 – 6 METRLİK CƏRİMƏ ZƏRBƏSİ 76
Prosedur 76
Pozuntular və cəzalar 77
Yekun cədvəl 79
QAYDA 15 – TOPUN YAN XƏTDƏN OYUNA DAXİL EDİLMƏSİ 80
Prosedur 80
Pozuntular və cəzalar 81
QAYDA 16 – TOPUN QAPIDAN OYUNA DAXİL EDİLMƏSİ 82
Prosedur 82
Pozuntular və cəzalar 82
QAYDA 17 – KÜNC ZƏRBƏSİ 84
Prosedur 84
Pozuntular və cəzalar 84
Səhifə
FUTZAL HAKİMLƏRİ VƏ OYUNUN DİGƏR
RƏSMİ ŞƏXSLƏRİ ÜÇÜN PRAKTİKİ TƏLİMATLAR 87
İŞARƏLƏR 88
MÖVQE SEÇİMİ 101
ŞƏRH VƏ TÖVSİYƏLƏR 122
FUTZAL TERMİNLƏRİ 140
HAKİM TERMİNLƏRİ 149
FUTZAL OYUN QAYDALARINA DAİR QEYDLƏR
Rəsmi dillər
FİFA Oyun Qaydalarını ingilis, fransız, alman və ispan dillərində nəşr edir. Onlar arasında uyğunsuzluq olarsa, ingilis dilində olan mətn üstün hesab olunur.
Digər dillər
Oyun Qaydalarını tərcümə edən milli futbol assosiasiyaları bizə elektron poçt vasitəsi ilə müraciət edərək Oyun Qaydalarının 2019/20-ci il redaktəsinin elektron versiyasını əldə edə bilərlər: refereeing@fifa.org. Bu formatdan istifadə edərək Oyun Qaydalarının tərcümə edilmiş versiyasını tərtib edən milli futbol assosiasiyalardan tərcümə edilmiş nüsxənin (ön səhifədə bunun milli futbol assosiasiyaların rəsmi tərcüməsi olduğunu aydın şəkildə göstərmək şərti ilə) FİFA-a göndərmələri xahiş edilir ki, həmin nüsxələr başqalarının istifadəsi üçün FİFA-ın vebsaytında yerləşdirilsin.
Futzal Oyun Qaydaların tətbiq edilməsi
Dünyanın hər bir konfederasiyasında, ölkəsində, şəhərində və kəndində eyni Qaydaların tətbiq edilməsi böyük bir gücdür, hansı ki qorunub saxlanılmalıdır. Həm də futzal oyununu hər yerdə təbliğ etmək üçün bir fürsətdir.
Oyunun hakimlərinə (rəsmi şəxslərinə) və digər iştirakçılarına təlim keçən şəxslər xüsusilə nəzərə almalıdırlar ki:
Hakimlər matçların ədalətli və təhlükəsiz şəkildə keçirilməsini təmin etmək məqsədi ilə Qaydaları "oyunun ruhu" çərçivəsində tətbiq etməlidirlər;
Hər kəs hakimlərin də insan olduğunu və səhv edə biləcəyini nəzərə alaraq, matçın hakimlərinə və onların qərarlarına hörmətlə yanaşmalıdır.
Oyunun nüfuzunun qorunmasında əsas məsuliyyət oyunçuların üzərinə düşür və komandaların kapitanları Qaydalara və hakimlərin qərarlarına hörmət edilməsində önəmli rol oynamalıdırlar.
Dostları ilə paylaş: |