Tətbiq olunan yerdə, digər hakimlərlə birlikdə oyunun gedişinə nəzarət edirlər;
İstifadə edilən topun Qayda 2-nin tələblərinə cavab verməsini təmin edir;
Oyunçuların geyiminin Qayda 4-ün tələblərinə cavab verməsini tələb edirlər;
Oyunda baş verən insident barədə qeydlər aparırlar;
Futzal Oyun Qaydalarının hər hansı şəkildə pozulmasına görə, özlərinin rəyinə əsasən, görüşü saxlayırlar;
Hər hansı kənar müdaxilə zamanı görüşü davam etdirə, saxlaya, müvəqqəti dayandıra və ya tamamilə bitirə bilər, əgər:
Işıqlandırma qənaətbəxş deyilsə;
Tamaşaçılar tərəfindən atılan əşya matçın hakimlərindən birinə, komandanın oyunçusuna və ya rəsmi şəxsinə dəyir. Bu halda hakim insidentin ciddiliyindən asılı olaraq, matçı davam etdirə, saxlaya, müvəqqəti dayandıra və ya tamamilə bitirə bilər;
Tamaşaçılardan biri fit səsləndirərək oyuna müdaxilə edirsə – oyun saxlanılır və mübahisəli topla bərpa olunur;
Oyun zamanı oyun meydanına əlavə top, digər əşya və ya heyvan daxil olursa, hakimlər :
→ Əgər onlar oyuna müdaxilə edirsə, oyunu saxlayır (və mübahisəli topla bərpa edir), birşərtlə ki, top qapıya daxil olmur və müdaxilə, müdafiə olunan komandanın oyunçusunun topa oynamasının qarşısını almır. Lakin əgər top qapıya daxil olursa (hətta topa kontakt olsa belə), qol qeydə alınır, bir şərtlə ki, müdaxilə hücum edən komanda tərəfindən edilməsin.
→ Əks təqdirdə oyunu davam etdirir, əgər oyuna müdaxilə olunmursa və onları mümkün qədər tez bir zamanda meydandan uzaqlaşdırır;
Onların rəyinə əsasən, oyunçu ciddi zədə alıbsa, oyunu saxlayır və oyunçunun meydandan çıxarılmasını təmin edirlər. Zədələnmiş oyunçuya, o cümlədən qapıçıya, oyun meydanında tibbi müdaxilə etməyə icazə verilmir. Oyun bərpa olunduqdan sonra oyunçu meydana komandasına aid texniki zonadan qayıda bilər. Oyun meydanını tərk etmək tələbi üzrə istisnalar yalnız aşağıdakılardır:
Eyni komandanın oyunçuları toqquşur və kömək tələb olunur;
Oyunçu ciddi zədə alır;
oyunçu, xəbərdarlıq və ya qovulma ilə cəzalanan fiziki qayda pozuntusu (məsələn, ehtiyatsız və ya ciddi qayda pozuntusu) nəticəsində zədələnir, əgər tibbi baxış/müdaxilə tez bir zamanda tamamlanırsa;
6 metrlik zərbə təyin edilir və zərbəni zədələnən oyunçu yerinə yetirməlidir;
Qanaxmaya məruz qalan oyunçunun oyun meydanını tərk etməsini təmin edir. Hakimlər qanaxmanın kəsildiyinə və geyimdə qan ləkəsinin olmamasına əmin olduqdan sonra oyunçunun meydana qayıtmasına icazə verirlər;
Əgər hakim həkimlərin və ya xərəkdaşıyanların oyun meydanına daxil olmasına icazə vermişsə, oyunçu meydanı xərəkdə və ya sərbəst şəkildə tərk etməlidir. Əgər oyunçu bunu etmirsə, ona qeyri-idman hərəkətinə görə xəbərdarlıq edilməlidir;
Əgər hakimlər, zədələnib tibbi yardım almaq üçün oyun meydanını tərk etmək məcburiyyətində qalan oyunçuya sarı və ya qırmızı vərəqə göstərmək qərarına gəlibsə, bunu oyunçunun meydanı tərk etməsinə qədər etməlidirlər;
Əgər oyunçunun zədələnməsi qaydalarının pozulması nəticəsində baş verməyibsə və əgər burada oyun başqa bir səbəbdən saxlanılmayıbsa, oyun mübahisəli topla bərpa olunur;
Onların rəyinə əsasən, oyunçu yüngül zədə alıbsa, topun oyundan çıxmasına qədər oyunun davam etməsinə imkan verirlər;
Komandaya qarşı qayda pozuntusu olduğu halda, üstünlük prinsipini tətbiq edərək oyunun davam etməsinə imkan yaradırlar, əgər bir necə saniyə ərzində həmin üstünlükdən istifadə edilmirsə, ilkin qayda pozuntusunu qeydə alırlar;
Eyni anda birdən artıq qayda pozuntusu olarsa, daha ciddi qayda pozuntusuna görə cəzalandırırlar;
Qaydaların pozulmasına görə təqsirkara xəbərdarlıq etməklə, yaxud onu qovmaqla cəzalandırma tədbirləri görürlər. Sanksiyanı dərhal tətbiq etmək vacib deyil, lakin təqsirkar topun oyundan çıxmasından dərhal sonra cəzalandırılmalıdır;
Özlərini nəzakətsiz aparan rəsmi şəxslərə qarşı tədbirlər görür, şifahi xəbərdarlıq edir, yaxud sarı vərəqə göstərərək rəsmi xəbədarlıq edir və ya qırmızı vərəqə göstərərək onları oyun meydanından və onu əhatə edən ərazidən, o cümlədən texniki zonadan uzaqlaşdırır; əgər təqsirkarı müəyyən etmək mümkün deyilsə, sanksiya texniki zonada olan baş məşqçiyə tətbiq
edilməlidir. Əgər komandanın əlavə tibbi nümayəndəsi yoxdursa, qovulma ilə cəzalandırılmalı olan davranış göstərən tibbi nümayəndə texniki zonada qala və ehtiyac yarandıqda oyunçuya tibbi müdaxilə göstərə bilər;
Özünün görmədiyi insidentlər zamanı digər hakimlərin tövsiyəsi ilə hərəkət edir;
Kənar şəxslərin meydana daxil olmamasını təmin edirlər;
“Hakim və digər hakimlərin praktiki təlimatları. İşarələr” bölməsində təsvir edilən işarələri verirlər;
Tələb olunduqda, meydanda ““Hakim və digər hakimlərin praktiki təlimatlari. Mövqe seçimi” bölməsində təsvir edilmiş şəkildə meydanda mövqe tuturlar.
Oyunçulara və ya komandanın rəsmi şəxslərinə qarşı görülmüş hər hansı cəza tədbiri barədə, həmçinin matçdan öncə, matç zamanı, yaxud matçdan sonra baş vermiş hər hansı insident barədə məlumatları əks etdirən matç protokolunu müvafiq təşkilata təqdim edirlər;
Hakim:
Digər hakimlər oyunda iştirak etmədikdə, xronometrajçı və üçüncü hakimin vəzifələrini icra edir;
Futzal Oyun Qaydalarının hər hansı şəkildə pozulmasına görə, özünün rəyinə əsasən, matçı müvəqqəti dayandırır və ya tamamilə bitirir;
Hər hansı kənar müdaxilə zamanı oyunu müvəqqəti dayandırır və ya tamamilə bitirir;