Hakim zədələnərsə, yaxud oyunu davam etdirmək iqtidarında olmazsa, onu əvəz edir.
Hakimlərin məsuliyyəti (öhdəlikləri)
Hakimlər (yaxud şəraitdən asılı olaraq, digər hakim) məsuliyyət daşımırlar:
Oyunçunun, rəsmi şəxsin və ya tamaşaçının aldığı zədəyə görə;
Hər hansı avadanlığa yetirilmiş ziyana görə;
Futzal Oyun Qaydalarının şərtləri əsasında və ya matçın təşkili, keçirilməsi və idarə edilməsi üçün tələb olunan normal prosedurla bağlı onların verdikləri qərar nəticəsində hər hansı şəxsə, kluba, kompaniyaya, assosiasiyaya və ya digər təşkilata dəymiş zərərə görə;
Bura daxil ola bilər:
Meydanın və ya onu əhatə edən ərazinin vəziyyəti, həmçinin hava şəraiti ilə əlaqədar matçın keçirilib-keçirilməməsi qərarı;
Hər hansı səbəbə görə matçın dayandırılması haqqında qərar;
Matç zamanı istifadə edilən avadanlığın və topun vəziyyətinin yararlı olması haqqında qərar;
Tamaşaçıların oyuna müdaxiləsi və ya tribunada yaranan hər hansı problemlə bağlı oyunun saxlanılıb-saxlanılmaması haqqında qərar;
Yardım göstərilməkdən ötrü zədələnmiş oyunçunun meydanı tərk etməsi üçün oyunun saxlanılıb-saxlanılmaması haqqında qərar;
Yardım göstərilməkdən ötrü zədələnmiş oyunçudan meydanı tərk etməsini tələb etmək barədə qərar (yuxarıda qeyd olunanlar istisna olmaqla);
Oyunçuya hər hansı geyimini və ya paltarı geyinməyə icazə verilib- verilməməsi barədə qərar;
Hər hansı şəxsin (komanda və ya idman qurğusunun rəsmi şəxsləri, təhlükəsizlik əməkdaşları, fotoqraflar və ya kütləvi informasiya vasitələrinin digər nümayəndələri də daxil olmaqla) meydanı əhatə edən ərazidə yerləşməsinə icazə verilib-verilməməsi barədə qərar (öz səlahiyyətləri çərçivəsində);
Futzal Oyun Qaydalarına uğun olaraq və ya FIFA, konfederasiya, milli assosiasiya və ya yarışın reqlamentlərinin şərtləri əsasında onlara verilmiş səlahiyyət çərçivəsində verilə biləcək qərar;