Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə46/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   139

Xronometrajçi:


Oyunun davamiyyətinin Qayda 7-yə uyğun aparılmasını təmin edir, o cümlədən:

  • Oyun düzgün başlayan zaman saatı (xronometri) işə salır;

  • Top oyunda olmayan zaman saatı (xronometri) dayandırır;

  • Yan xətdən, qapıdan, künc zərbəsindən, başlanğıc zərbəsindən, cərimə zərbəsindən, 6 metrlik cərimə zərbəsindən, 10 metrlik cərimə zərbəsindən və mübahisəli top oyuna daxil olduqda saatı (xronometri) işə salır;

  • Vurulan qollar, toplanmış cərimələr və oyunun hissəsi haqqında məlumatları tabloda (mövcuddursa) əks etdirir;

  • Hakimlərin istifadə etdiyi fitdən fərqli bir fit və ya akustik siqnal vasitəsi ilə üçüncü hakimdən və ya meydanda olan hakimlərdən biri tərəfindən məlumat aldıqdan sonra, komandanın bir dəqiqəlik fasilə istəyi barədə işarə edir;

  • Bir dəqiqəlik fasilə müddətinə nəzarət edir;

  • Hakimlərin istifadə etdiyi fitdən fərqli bir fit və ya akustik siqnal vasitəsi ilə bir dəqiqəlik fasilə müddətinin sona çatdığıını işarə edir;

  • Üçüncü hakim tərəfindən məlumatlandırıldıqdan sonra, hakimlərin istifadə etdiyi fitdən fərqli bir fit və ya akustik siqnal vasitəsi ilə komanda tərəfindən beşinci toplanmış qayda pozuntusunun edildiyini işarə edir;

  • Oyunçunun iki dəqiqəlik qovulma müddətinə nəzarət edir;

  • Hakimlərin istifadə etdiyi fitdən fərqli bir fit və ya akustik siqnal vasitəsi ilə birinci hissənin, matçın və ya təyin edildiyi təqdirdə, əlavə vaxtın bitməsini işarə edir;

  • Tələb olunduqda, “Hakim və digər hakimlərin praktiki təlimatları. Mövqe seçimi” bölməsinin təsvir edilmiş şəkildə meydanda mövqe tuturlar;




  • Üçüncü hakim olmadığı təqdirdə ona məxsus xüsusi vəzifələrini yerinə yetirir, əgər ehtiyat hakim təyin edilməyibsə;

  • Oyunla bağlı hər hansı digər məlumatı təqdim edir;




    1. Yüklə 6,76 Mb.

      Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin