Futzal Oyun Qaydaları modifikasiyası
Oyun Qaydalarının dünyəviliyi o deməkdir ki, oyun dünyanın bütün bölgələrində və bütün səviyyələrdə mahiyyətcə eyni olmalıdır. Qaydalar, həmçinin oyun üçün ədalətli və təhlükəsiz mühit yaratmaqla kütləviliyi və əyləncəni də dəstəkləməlidir.
FIFA, tarixən milli futbol assosiasiyalara futbolun müvafiq kateqoriyaları üzrə təşkilati Qaydalara modifikasiya etmələri üçün müəyyən sərbəstlik vermişdir. Bununla belə, FIFA qətiyyətlə inanır ki, milli futbol assosiasiyalara öz ölkələrində futbola müsbət şəkildə təsir edəcək modifikasiyalar etmək üçün daha çox sərbəstlik verilməlidir.
Futzalın oynanılması və idarə edilməsi dünyanın hər bir futzal meydanında eyni cür olmalıdır. Bununla belə, oyunun müddəti, iştirakçıların sayı və hər hansı ədalətsiz davranışın cəzalandırılması üsulu ölkə futzalının ehtiyacları ilə müəyyən edilməlidir.
Milli futbol assosiasiyaları (həmçinin konfederasiyalar və FIFA) özlərinin məsuliyyət
daşıdıqları yarışlar üçün, Oyun Qaydalarının aşağıdakı təşkilati hissələrinin hər birinə və ya bir neçəsinə modifikasiya etmək imkanına malikdirlər:
Gənc, veteran, fiziki imkanları məhdud və həvəskar oyunçular üçün futzal:
Meydanın ölçüsü;
Topun ölçüsü, çəkisi və materialı;
Qapı dirəkləri arasındakı məsafə və qapı tirinin aşağı hissəsindən yer səthinə qədər olan məsafə;
Oyunun iki (bərabər) hissəsinin davamiyyəti (və əlavə vaxtın iki bərabər hissəsi);
Qapıçı tərəfindən topun oyuna daxil edilməsində məhdudiyyətlər;
Əlavə olaraq, milli futbol assosiasiyaları öz yerli futzal oyunlarından daha rahat faydalanması və onu inkişaf etdirməsi üçün, FIFA futzalın "kateqoriyaları" ilə bağlı aşağıdakı dəyişiklikləri təsdiqləmişdir:
Qadın futzalı artıq ayrı bir kateqoriya deyil və indi kişi futzalı ilə eyni statusa malikdir;
Gənclər və veteranlar üçün yaş limiti aradan qaldırılıb ─ milli futbol assosiasiyaları, konfederasiyalar və FIFA bu kateqoriyalar üçün yaş məhdudiyyətlərini təyin etmək səlahiyyətinə malikdir;
Hər bir milli futbol assosiasiyası futzalın ən alt səviyyəsində olan hansı yarışların həvəskarlar üçün təşkil olunduğunu müəyyənləşdirəcək;
Milli futbol assosiasiyaları müxtəlif yarışlar üçün fərqli modifikasiyaları təsdiq etmək hüququna malikdirlər - modifikasiyaların hamısının və yaxud bütün yarışlara tətbiq edilməsinə dair heç bir tələb yoxdur. Bununla belə, FİFA-ın icazəsi olmadan hər hansı modifikasiyanın tətbiq edilməsinə icazə verilmir.
Dostları ilə paylaş: |