Başa çatdırılmamış oyun
Yarışın reqlamentində başqa hal nəzərdə tutulmayıbsa, başa çatdırılmamış oyun yenidən keçirilir.
Oyunun və əlavə vaxtın hər iki hissəsi başlanğıc zərbəsi ilə başlanır və qol vurulduqdan sonra oyun başlanğıc zərbəsi ilə bərpa olunur. Cərimə zərbəsi, sərbəst zərbə, 6 və 10 metrlik zərbə, topun yan xətdən oyuna daxil edilməsi, topun qapıdan oyuna daxil edilməsi və küncdən zərbə digər bərpa üsullarıdır.
Əgər hakim oyunu saxlayırsa və Qayda yuxarıdakı bərpa üsullarından heç birini tələb etmirsə, oyun mübahisəli topla bərpa olunur.
Əgər pozuntu, top oyunda olmadıqda baş verirsə, bu, oyunun bərpa üsulunu dəyişmir.
Dostları ilə paylaş: |