Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə53/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   139

1 Başlanğıc zərbə


Prosedur


    • Püşkatmada qalib gələn komanda, birinci hissədə hücum edəcəyi qapını, yaxud başlanğıc zərbəsini yerinə yetirəcəyini seçir;

    • Yuxarıda qeyd edilən seçimdən asılı olaraq, rəqib komanda başlanğıc zərbəsini yerinə yetirir və ya birinci hissə ərzində hücum edəcəyi qapını seçir;

    • Birinci hissə ərzində hücum edəcəyi qapını seçən komanda ikinci hissədə başlanğıc zərbəsini yerinə yetirir;

    • İkinci hissədə komandalar qapıları dəyişir və əks qapılara hücum edirlər;

    • Texniki zona/Oturacaqlar hissələr arası fasilə zamanı komandalar tərəfindən dəyişilir - oturacaqlar özünə aid meydanın müdafiə edilən hissəsində olmalıdır;

    • Komandalardan birinin qol vurmasından sonra başlanğıc zərbəsi digər komanda tərəfindən yerinə yetirilir;

    • Başlanğıc zərbəsini yerinə yetirən oyunçu istisna olmaqla, bütün oyunçular meydanın özlərinə aid hissəsində olmalıdırlar;

    • Rəqib oyunçular topun oyuna daxil edilməsinə qədər topdan ən azı 3 m məsafədə olmalıdırlar;

    • Top meydanın mərkəz nöqtəsində hərəkətsiz vəziyyətdə olmalıdır;

    • Hakim işarə verir;

    • Topa zərbə endirildikdə və top aşkar şəkildə hərəkət etdikdə, oyunda sayılır;

    • Başlanğıc zərbəsindən birbaşa rəqib komandanın qapısına vurulan qol qeydə alınır; əgər top birbaşa başlanğıc zərbəni yerinə yetirən oyunçunun qapısına daxil olarsa, küncdən zərbə təyin olunur.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin