Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə57/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   139

Qol deyil


Əgər hakimlərdən biri topun qapı xəttini tam keçməsi anına qədər qol vurulduğunu bildirən işarə verir (Qayda 1 əks olunan kimi qapı xəttini dirəklərin arasından və tirin altından) və dərhal öz səhvini başa düşürsə, oyun cərimə meydanı xəttinin, oyun saxlanılan anda topun olduğu yerə yaxın nöqtəsindən atılan mübahisəli topla bərpa edilir.

  1. Qalib komanda

Oyun ərzində daha çox qol vuran komanda qalib hesab olunur. Əgər hər iki komanda bərabər sayda qol vurarsa və ya qol vurulmazsa, oyun heç-heçə nəticəsi ilə başa çatır.


Əgər yarışın reqlamentində matçın, yaxud ev və səfər oyunlarının qalibini müəyyən etmək tələb olunarsa, qalib komandanı müəyyən etmək məqsədi ilə yalnız aşağıdakı prosedurlar yerinə yetirilir:

  • Rəqib meydanında vurulan qol qaydası;

  • Hər biri sona qədər oynanılan və beş dəqiqədən çox olmayan iki bərabər əlavə vaxt hissəsi. Yarışın reqlamentində bərabər əlavə hissələrin davamiyyəti dəqiq əks olunmalıdır.

  • 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr

Yuxarıda qeyd edilən prosedurların birləşməsindən istifadə edilə bilər.




  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin