Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Rəqib meydanında vurulan qollar



Yüklə 6,76 Mb.
səhifə61/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   ...   139

Rəqib meydanında vurulan qollar

Yarışın reqlamentinə əsasən, bir-biri ilə evdə və səfərdə qarşılaşan komandaların ikinci matçından sonra ümumi hesab bərabərdirsə, rəqib meydanında vurulan hər bir qol ikiyə bərabər sayılır.



QAYDA 11 – OYUNDANKƏNAR VƏZİYYƏT

Futzalda oyundankənar vəziyyət yoxdur.


QAYDA 12 – QAYDA POZUNTULARI VƏ İNTİZAMSIZ DAVRANIŞ
Qayda pozuntuları cərimə zərbəsi, 6 metrlik zərbə və ya sərbəst zərbə ilə cəzalandırılır.

  1. Cərimə zərbəsi


Hakimin qənaətinə görə oyunçu rəqibinə qarşı aşağıda göstərilən qayda pozuntularından hər hansı birini ehtiyatsız, düşüncəsiz və ya həddən artıq güc işlədərək edərsə, cərimə zərbəsi təyin edilir:

  • Rəqibə hücum edərsə;

  • Rəqibin üzərinə hoppanarsa;

  • Rəqibi ayaqla vurarsa və ya vurmağa cəhd edərərsə;

  • Rəqibi itələyərsə;

  • Rəqibi əllə və ya başla vurarsa və ya vurmağa cəhd edərsə;

  • Rəqibə təhlükəli şəkildə sürüşmə fəndi edər və ya ayaq üstə mübarizəyə girərsə;

  • Rəqibə badalaq qoyarsa və ya badalaq qoymağa cəhd edərsə;

Əgər qayda pozuntusunda kontakt varsa, cərimə zərbəsi və ya 6 metrlik cərimə zərbəsi təyin edilir.



  • Ehtiyatsızlıq o deməkdir ki, oyunçu mübarizə zamanı diqqətsizlik göstərir və ya hərəkətinin nəticəsi barədə fikirləşmir. Heç bir intizam sanksiyasına ehtiyac yoxdur;

  • Düşüncəsizlik o deməkdir ki, oyunçu rəqibinə qarşı yaratdığı təhlükəyə və onun nəticələrinə əhəmiyyət vermir. Oyunçuya xəbərdarlıq edilməlidir;

  • Həddən artıq güc işlətmək o deməkdir ki, oyunçu gücün tətbiqində həddi aşır və rəqibin sağlamlığını təhlükəyə məruz qoyur. Oyunçu meydandan qovulmalıdır;

Oyunçu aşağıdakı qayda pozuntularından hər hansı birini edərsə, cərimə zərbəsi təyin edilir:



  • Topa əllə oynayarsa (öz cərimə meydanında olan qapıçıdan başqa);

  • Rəqibi tutarsa;

  • Rəqibin hərəkətinə kontaktla əngəl olarsa;

  • Rəqibi dişləyər və ya ona tüpürərsə;

  • Hər hansı əşyanı topa, rəqibə və ya matçın hakiminə atarsa, yaxud əlində tutduğu əşya ilə topa toxunarsa;

Yuxarıda sadalanan qayda pozuntuları toplanmış cərimə pozuntularıdır.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin