Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə62/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   58   59   60   61   62   63   64   65   ...   139

Əl ilə oyun


Qayda pozulmuş hesab edilir, əgər oyunçu öz cərimə meydançasında (qapıçı istisna olmaqla):

  • əli/qolu ilə bilərəkdən topa toxunur, həmçinin əlini/qolunu top istiqamətində hərəkət etdirirsə;

  • top onun əlinə/qoluna toxunduqdan sonra topa sahib olur və daha sonra:

      • rəqib komandanın qapısına qol vurur;

      • qol vurmaq imkanı yaradır;

Qapıçılar istisna olmaqla cərimə meydançasında, adətən qayda pozulmuş hesab edilir əgər oyunçu:



  • əli/qolu ilə topa toxunduğu zaman:

      • əl/qol onun bədənini qeyri təbii şəkildə genişləndirirsə;

      • əl/qol çiyin səviyyəsində və ya çiyin səviyyəsindən yuxarıdadırsa (oyunçu bədəninin digər hissəsi ilə topa oynayarkən topun sonradan onun əlinə/qoluna toxunduğu hallar istisna olmaqla).

Hətta əgər top oyunçunun əlinə/qoluna birbaşa yaxınlıqda olan digər oyunçunun başından və ya bədənindən (ayaqlar da daxil olmaqla) sıçrayaraq toxunarsa, yuxarıda qeyd edilənlər qayda pozuntusu hesab olunur.


Bu halda qayda pozuntusu qeyd olunur, əgər qapıçı da daxil olmaqla, hətta təsadüfən olsa belə, birbaşa öz əli/qolu ilə rəqib komandanın qapısına qol vurursa.
Yuxarıda qeyd edilən hallar istisna olmaqla, topun oyunçunun əlinə/qoluna toxunması qayda pozuntusu hesab olunmur, əgər top:

  • oyunçunun birbaşa öz başından və ya bədənindən (ayaqlar da daxil olmaqla),

  • yaxınlıqda olan başqa bir oyunçunun birbaşa başından və ya bədənindən (ayaqlar da daxil olmaqla) sıçrayarsa;

  • əgər əl/qol bədənə yaxındırsa və bədəni qeyri-təbii şəkildə genişləndirmirsə;

  • oyunçu yerə yıxıldığı zaman onun əli/qolu bədənə dəstək vermək üçün bədən və yer arasındadırsa, lakin bədəndən üfiqi və ya şaquli şəkildə aralı deyilsə;

Hər hansı oyunçuya əl ilə oyuna görə tətbiq olunan məhdudiyyət, öz cərimə meydanından kənarda olan qapıçıya da şamil edilir. Əgər qapıçı, öz cərimə meydanı daxilində topa əllə toxunmağa icazə verilmədiyi vəziyyətlərdə topa toxunarsa, sərbəst zərbə təyin edilir, lakin intizam sanksiyası tətbiq edilmir.




  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin