Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə63/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   59   60   61   62   63   64   65   66   ...   139

Sərbəst zərbə


Sərbəst zərbə təyin edilir, əgər oyunçu:

  • Təhlükəli oynayarsa (aşağıda qeyd olunan);

  • Rəqibin hərəkətini kontaktsız əngəlləyərsə;

  • Etiraz edərsə, təhqiredici, alçaldıcı və ya nalayiq ifadə işlədər və ya jest edərsə;

  • Qapıçıya topu əlindən buraxmağa və ya atmağa mane olarsa, və ya qapıçı topu əlindən buraxarkən topa zərbə vurarsa və ya vurmağa cəhd edərsə;

  • Qaydalarda göstərilməyən və xəbərdarlıq, yaxud qovulma ilə cəzalandırılan hər hansı digər qayda pozuntusu edərsə;

Əgər qapıçı aşağıdakı qayda pozuntularından hər hansı birini edərsə, sərbəst zərbə təyin edilir:



  • Meydanın özünə aid hissəsində topa nəzarət edərək onu əlində və ya ayağında dörd saniyədən çox saxlayarsa;

  • Topa oynadıqdan sonra, komanda yoldaşı tərəfindən bilərəkdən ona ötürülən topa rəqib komandanın oyunçuları oynamadan və ya toxunmadan, ona yenidən meydanın özünə aid hissəsində toxunarsa;

  • Komanda yoldaşı tərəfindən bilərəkdən ona ötürülən topa öz cərimə meydanında əli ilə toxunarsa;

  • Komanda yoldaşı tərəfindən yan xətdən oyuna daxil edilən topa öz cərimə meydanında əli ilə toxunarsa;

  • Yarışın reqlamentində qadağan olunduğu yerlərdə gənclər, veteranlar, həvəskarlar və fiziki imkanları məhdud oyunçular üçün topu oyuna daxil edərkən birbaşa mərkəz xəttini keçməsi zamanı (sərbəst zərbə topun mərkəz xəttini keçdiyi nöqtədən yerinə yetirilməlidir);

Aşağıdakı hallarda qapıçı topa nəzarət etmiş hesab olunur:



  • Top qapıçının əlləri arasında və ya əlləri ilə hər hansı səth (yer səthi, öz bədəni və s.) arasındadırsa, yaxud qapıçı əllərinin və ya qollarının hər hansı bir hissəsi ilə topa toxunursa;

  • Qapıçı topu açılmış əlin ovucunda saxlayırsa;

  • Qapıçı topu yerə vurur və ya havaya atırsa;




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin