Vərəqə göstərmək üçün oyunun bərpasının ləngidilməsi
Əgər hakim oyunçuya xəbərdarlıq etmək, yaxud onu meydandan qovmaq üçün vərəqə göstərmək qərarına gəlibsə, intizam sanksiyası tətbiq edilməmiş, oyun bərpa edilə bilməz.
Üstünlük
Əgər hakim, xəbərdarlıq və ya qovulma ilə cəzalandırılmalı olan qayda pozuntusu zamanı üstünlük prinsipini tətbiq edirsə, vərəqə top növbəti dəfə oyundan çıxdıqda göstərilməlidir. Lakin rəqibi aşkar qol vurmaq imkanından məhrum edən oyunçuya qeyri-idman hərəkətinə görə xəbərdarlıq edilir.
Aşkar qol vurmaq imkanının olduğu hallar istisna olmaqla, ciddi qayda pozuntusu, təcavüzkar davranış və ya ikinci xəbərdarlıqla nəticələnən qayda pozuntuları zamanı üstünlük prinsipi tətbiq edilməməlidir. Hakim, top növbəti dəfə oyundan çıxdıqda oyunçunu meydandan qovmalıdır, lakin əgər oyunçu rəqiblə top uğrunda mübarizəyə girir və ya rəqibə mane olursa,hakim oyunu saxlamalı, oyunçunu meydandan qovmalı və oyunçunun daha ciddi qayda pozuntusu etdiyi hallar istisna olmaqla, oyunu sərbəst zərbə ilə bərpa etməlidir.
Əgər üstünlük tətbiq olunursa, qol buraxdıqdan sonra ikinci sarı və ya birbaşa qırmızı vərəqə verilirsə, sanksiyaya məruz qalan komandanın heyətində say azalmır. Qovulmuş oyunçunun dərhal ehtiyat oyunçu ilə əvəz olunur. Qol buraxmadığıı təqdirdə say azalır.
Əgər müdafiə olunan komandanın oyunçusu rəqibi cərimə meydanından kənarda saxlamağa başlayırsa və onu cərimə meydanında saxlamağa davam edirsə, hakim 6-metrlik zərbə təyin etməlidir.
Dostları ilə paylaş: |