Qolun bayram edilməsi
Oyunçular vurulan qolu bayram edə bilərlər, lakin bu, həddən artıq çox çəkməməlidir; xoreoqrafik çıxışlar vaxtın itirilməsinə səbəb olmamalıdır.
Qolu bayram etmək üçün oyun meydanını tərk etmək xəbərdarlıqla cəzalandırılan qayda pozuntusu deyil, lakin oyunçular ən qısa zamanda meydana qayıtmalıdırlar.
Hətta qol ləğv edilsə belə, oyunçuya xəbərdarlıq edilir, əgər o:
Təhlükəsizlik və ya mühafizə məsələlərinə səbəb olacaq şəkildə tamaşaçılara yaxınlaşırsa;
Ələsalma, yaxud təhrikedici xarakter daşıyan jestlər və ya hərəkətlər edirsə;
Başını və ya üzünü maska, yaxud oxşar vasitə ilə örtürsə;
Köynəyini çıxarır və ya köynəyini başına keçirirsə;
Dostları ilə paylaş: |