Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə76/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   72   73   74   75   76   77   78   79   ...   139

Top qapıya daxil olur


  • Əgər top cərimə zərbəsindən birbaşa rəqib komandanın qapısına daxil olarsa, qol hesaba alınır;

  • Əgər top sərbəst zərbədən birbaşa rəqib komandanın qapısına daxil olarsa, qapıdan zərbə təyin olunur (əgər hakimlərin biri və ya hər ikisi, sərbəst zərbə təyin etdiyini işarə vermədiyi təqdirdə);

  • Əgər top cərimə və ya sərbəst zərbədən birbaşa zərbəni yerinə yetirən komandanın qapısına daxil olarsa, küncdən zərbə təyin olunur.



  1. Prosedur


Bütün cərimə və sərbəst zərbələr icra edilən zaman qabul olunmalıdır:

    • Dörd saniyə ərzində;

    • Aşağıdakı istisnalarla, qayda pozuntusunun olduğu yerdən yerinə yetirilir:

      • Müdafiə olunan komanda tərəfindən qapı meydanında yerinə yetirilən cərimə və sərbəst zərbələr qapı meydanının istənilən nöqtəsindən yerinə yetirilə bilər;

      • Hücum edən komanda tərəfindən, rəqib komandanın qapı meydanında yerinə yetirilən sərbəst zərbələr qapı meydanının qapı xəttinə paralel olan xəttinin, qayda pozuntusunun olduğu yerə yaxın nöqtəsindən yerinə yetirilir (bax şəkilə);





  • Oyunçunun, hakimin icazəsi olmadan oyun meydanına daxil olmasına, qayıtmasına və ya onu tərk etməsinə görə təyin edilmiş cərimə və ya sərbəst zərbələr, oyun saxlanılan anda topun olduğu yerdən yerinə yetirilir. Bununla belə, əgər oyunçu oyun meydanından kənarda qayda pozuntusu törədirsə, oyun, qaydanın pozulduğu yerə yaxın olan məhdudlaşdırıcı xətt üzərində təyin edilən cərimə və ya sərbəst zərbə ilə bərpa olunur; əgər cərimə zərbəsi ilə cəzalandırılan qayda pozuntusu müdafiə olunan komandanın cərimə meydanında törədilmişsə, 6 metrlik zərbə təyin edilir

  • Qaydalarda nəzərdə tutulmuş başqa hallar



Top:


  • Hərəkətsiz vəziyyətdə olmalıdır və zərbəni yerinə yetirən oyunçu, hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa ikinci dəfə toxuna bilməz;

  • Topa zərbə endirildikdə və top aşkar şəkildə hərəkət etdikdə, oyunda sayılır.

Topun oyuna daxil edilməsinə qədər bütün rəqib oyunçular:



  • Ən azı 5 m məsafədə dayanmalıdırlar;

  • Komandanın öz cərimə meydanında yerinə yetirdiyi cərimə və ya sərbəst zərbələr zamanı cərimə meydanından kənarda dayanmalıdırlar;

Müdafiə olunan komanda iki və ya daha çox oyunçusundan ibarət "canlı sədd" qurduğu zaman, hücum edən komandanın bütün oyunçuları, topun oyuna daxil edilməsinə qədər "canlı sədd"ən ən azı 1 metr məsafədə olmalıdırlar.


Topu eyni vaxtda bir, yaxud iki ayaqla havaya atmaqla cərimə və sərbəst zərbəsini yerinə yetirmək olar.


Futzal oyununun bir hissəsi kimi, cərimə və ya sərbəst zərbənin yerinə yetirilməsi zamanı rəqibə qarşı aldadıcı fəndlərdən istifadə etməyə icazə verilir.
Əgər oyunçu cərimə və ya sərbəst zərbəni düzgün yerinə yetirərkən yenidən topa yiyələnmək üçün bilərəkdən onu rəqibə vurursa, lakin bunu ehtiyatsız və ya düşüncəsiz şəkildə etmirsə, yaxud həddən artıq güc tətbiq etmirsə, hakim oyunun davam etdirilməsinə icazə verir.


  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin