Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə77/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   73   74   75   76   77   78   79   80   ...   139

Pozuntular və cəzalar



Əgər cərimə və ya sərbəst zərbənin yerinə yetirilməsi zamanı rəqib komandanın oyunçusu topa tələb olunan məsafədən yaxın durarsa, üstünlük prinsipinin tətbiq edildiyi hallar istisna olmaqla, zərbə təkrar edilir; lakin əgər oyunçu zərbəni tez yerinə yetirməyi qərara alırsa və topa 5 metrdən yaxın olan rəqib topu ələ keçirirsə, hakim oyunu davam etdirir. Lakin cərimə və ya sərbəst zərbənin tez yerinə yetirilməsinə bilərəkdən mane olan rəqib oyunçuya, oyunun bərpasını ləngitdiyinə görə xəbərdarlıq edilməlidir.
Cərimə/sərbəst zərbə yerinə yetirilərkən, hücum edən komandanın oyunçusu, müdafiə olunan komandanın iki və ya daha çox oyunçusundan ibarət olan "canlı sədd"ə 1 metrdən az məsafədə dayanarsa, sərbəst zərbə təyin edilir.
Müdafiə olunan komandanın öz cərimə meydanı daxilində yerinə yetirdiyi cərimə və ya sərbəst zərbələr zamanı rəqib komandanın hər hansı oyunçusunun cərimə meydanını tərk etmək üçün imkanı olmamışdırsa, hakim oyunu davam etdirir.
Cərimə və ya sərbəst zərbə yerinə yetirilərkən rəqib komandanın oyunçusu cərimə meydanındadırsa və ya topun oyuna daxil edilməsinə qədər cərimə meydanına daxil olursa, topun oyuna daxil olmasına qədər topa toxunur və ya onun uğrunda mübarizəyə girirsə, cərimə və ya sərbəst zərbə təkrar edilir.
Əgər zərbəni yerinə yetirən oyunçu, top oyuna daxil olduqdan sonra başqa bir oyunçu ona toxunmazdan əvvəl topa ikinci dəfə toxunarsa (əl ilə deyil), sərbəst zərbə təyin edilir; əgər zərbəni yerinə yetirən oyunçu topa əllə oynayarsa:

    • Cərimə zərbəsi təyin edilir;

    • Qayda pozuntusu zərbəni yerinə yetirən oyunçunun cərimə meydanında baş veribsə, 6 metrlik zərbə təyin edilir, lakin zərbəni yerinə yetirən qapıçı idisə, sərbəst zərbə təyin edilir;

Əgər sərbəst/cərimə zərbəsi dörd saniyə ərzində yerinə yetirilmirsə, zərbə icra olunan nöqtədən əks tərəfə sərbəst zərbə təyin olunur, istisna kimi bu qayda pozuntusu komandanın öz cərimə meydanın daxilində baş verməyibsə, bu vəziyyətdə, hücum edən komanda tərəfindən, rəqib komandanın qapı meydanında yerinə yetirilən sərbəst zərbələr qapı meydanının qapı xəttinə paralel olan xəttinin, qayda pozuntusunun olduğu yerə yaxın nöqtəsindən yerinə yetirilir (bax bu qaydada 2-ci bölmədə olan şəkilə);




  1. Yüklə 6,76 Mb.

    Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin