Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası


Qaydalara dəyişikliklərin idarə edilməsi



Yüklə 6,76 Mb.
səhifə8/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   139
Qaydalara dəyişikliklərin idarə edilməsi

Futzal Oyun Qaydalarına son baxış 2014-cü ildə edildi. Təklif edilən hər bir dəyişiklik üçün ədalətlilik, bütövlük, ehtiram, təhlükəsizlik, iştirakçıların əyləncəsi və texnologiyanın oyuna necə fayda verə biləcəyi nəzərə alınmalıdır. Qaydalar, həmçinin peşəsindən və ya bacarığından asılı olmayaraq, hər kəsin iştirakını stimullaşdırmalıdır.



Xoşagəlməz hadisələrin baş verməsinə baxmayaraq, Qaydalar oyunu mümkün olduğu qədər təhlükəsiz etməlidir. Bu, oyunçuların öz rəqiblərinə hörmətlə yanaşmasını tələb edir və hakimlər oyun tərzləri həddən artıq aqressiv və təhlükəli olan oyunçulara qarşı ciddi tədbirlər görməklə təhlükəsiz mühit yaratmalıdırlar. Qaydalar, "düşüncəsiz mübarizə" (xəbərdarlıq = sarı vərəqə) və "rəqibi təhlükəyə məruz qoymaq" və ya "həddən artıq gücdən istifadə etmək" (qovulma=qırmızı vərəqə) kimi intizam xarakterli ifadələrində təhlükəsiz oyunu qəbul etmədiyini əks etdirir.
Futzal oyunçuları,oyunun hakimləri, məşqçilər, həmçinin tamaşaçılar, azarkeşlər, inzibatçılar və s. şəxslər üçün cəlbedici və əyləncəli olmalıdır. Qaydalar oyunu cəlbedici və əyləncəli etməyə xidmət etməlidir ki, yaşından, irqi, dini, mədəni, etnik, cinsi mənsubiyyətindən, fiziki imkanlarından və s. asılı olmayaraq, insanlar oyunda iştirak etmək istəsinlər və öz iştiraklarından həzz alsınlar.

Futzal Oyun Qaydaları digər idman növlərinə nisbətən daha sadədir, lakin bir çox vəziyyətlər "subyektiv" xarakter daşıyır və hakimlər də insandır (yəni səhv edə bilərlər) və bəzi qərarların mübahisə və müzakirəyə səbəb olması qaçılmazdır.


Qaydalar mümkün olan hər bir vəziyyəti nəzərdə tuta bilməz və Qaydalarda belə konkret vəziyyətə dair dəqiq müddəa yoxdursa, FIFA hakimlərin "oyunun ruhu" çərçivəsində qərar verməsini gözləyir - bu çox vaxt "futzal nəyi istəyir/ gözləyir?" sualına cavab verməyi nəzərdə tutur.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin