Altıncı toplanmış qayda pozuntusudan başlayaraq təyin edilən cərimə zərbəsi zamanı top, hərəkətsiz olaraq 10 metrlik nöqtənin üzərinə, yaxud qayda pozulanda topun olduğu yerdə yerləşdirilir (o şərtlə ki, qayda pozuntusu 10 metrlik xəyali xətt və müdafiə olunan komandanın qapı xətti arasında paralel olaraq, lakin cərimə meydanından kənarda baş veribsə);
Əgər bu zonada ATQPCZ baş veribsə, cərimə zərbəsinin 10 metrlik cərimə nöqtəsindən, yaxud qayda pozuntusunun olduğu yerdən yerinə yetirilməsinə hücum edən komanda qərar verir;
Qapı dirəkləri, qapı tiri və qapı toru hərəkət etməməlidir;
Zərbəni yerinə yetirəcək oyunçu aşkar şəkildə müəyyən edilməlidir;
Müdafiə olunan komandanın qapıçısı öz cərimə meydanında top vurulana qədər ondan ən azı 5 m məsafədə olmalıdır;
Oyunçular, zərbəni yerinə yetirəcək oyunçu və müdafiə olunan komandanın qapıçısı istisna olmaqla, olmalıdırlar:
Oyun meydanın daxilində;
Topdan ən azı 5 m məsafədə;
Topun arxasında;
Cərimə meydanının kənarında;
Oyunçular bu Qaydaya uyğun olaraq mövqe tutduqdan sonra hakimlərdən biri ATQPCZ yerinə yetirilməsi üçün işarə verir;
ATQPCZ yerinə yetirən oyunçu topu rəqiblərin qapısına və birbaşa qol vurmaq niyyəti ilə vurmalıdır; topun irəli hərəkət etməsi şərti ilə, dabanla zərbəyə icazə verilir;
Topa zərbə endirildikdə və o aydın şəkildə rəqib qapısına doğru irəli hərəkət etdikdə, oyunda sayılır;
Zərbəni yerinə yetirən oyunçu, top başqa bir oyunçuya toxunmamış, ona təkrar toxuna bilməz;
Oyunun və ya əlavə vaxtın hər bir hissəsinin sonunda təyin edilən ATQPCZ yerinə yetirilməsi və tamamlanması üçün vaxt əlavə edilir. ATQPCZ o zaman başa çatmış hesab edilir ki:
Top hərəkətini dayandırır və ya oyundan çıxır,
Qapıçıdan başqa hər hansı oyunçu (zərbəni yerinə yetirən oyunçu daxil olmaqla) topa oynayır;
Hakim oyunu, zərbəni yerinə yetirən oyunçu və ya onun komanda yoldaşı tərəfindən edilən qayda pozuntusuna görə saxlayır;
Əgər müdafiə olunan komandanın oyunçusu (qapıçı da daxil olmaqla) qayda pozuntusu edərsə və ATQPCZ uğursuz alınarsa/dəf edilərsə, ATQPCZ təkrar edilir.