Hakim ATQPCZ zərbənin yerinə yetirilməsi üçün işarə vermişsə, zərbə dörd saniyə ərzində yerinə yetirilməlidir; əgər zərbə dörd saniyə ərzində yerinə yetirilmirsə, hakim oyunu saxlayır və əks tərəfə top olan yerdən sərbəst zərbə təyin edir.
Əgər topun oyuna daxil edilməsinə qədər aşağıdakı vəziyyətlərdən biri yaranarsa:
zərbəni yerinə yetirən oyunçu və ya onun komanda yoldaşı Oyun Qaydalarını pozursa:
→ əgər top qapıya daxil olursa, zərbə təkrar edilir;
→ əgər top qapıya daxil olmursa, hakim oyunu saxlayır və sərbəst zərbə təyin edir;
Aşağıdakı hallarda isə qolun vurulub-vurulmamasından asılı olmayaraq, oyun saxlanılır və sərbəst zərbə ilə bərpa olunur:
→ ATQPCZ yerinə yetirən oyunçu topu rəqibin qapısına və birbaşa qol vurmaq niyyəti ilə vurmur;
→ Zərbəni yerinə yetirmək üçün müəyyən edilmiş oyunçunun komanda yoldaşı zərbəni yerinə yetirərsə, hakim zərbəni yerinə yetirmiş oyunçuya xəbərdarlıq edir;
→ Zərbəni yerinə yetirən oyunçu qaçışını qurtardıqdan sonra topa zərbə endirərkən aldadıcı manevr edirsə (qaçış zamanı aldadıcı manevr etməyə icazə verilir), hakim zərbəni yerinə yetirən oyunçuya xəbərdarlıq edir;
Qapıçı və ya onun komanda yoldaşı Oyun Qaydalarını pozarsa:
→ Əgər top qapıya daxil olursa, qol qeydə alınır;
→ Əgər top qapıya daxil olmursa, zərbə təkrar edilir, qaydanı pozan oyunçuya xəbərdarlıq edilməlidir;
Hər iki komandanın oyunçuları Oyun Qaydalarını pozursa, zərbəni yerinə yetirən oyunçunun daha ciddi qayda pozuntusu (aldadıcı manevr və s.) etdiyi hallar istisna olmaqla, zərbə təkrar edilir, əgər qapıçı və zərbəni yerinə yetirən oyunçu eyni anda qayda pozuntusu edərsə:
→ Zərbə qolla nəticələnməzsə, zərbə təkrarlanır və hər iki oyunçuya xəbərdarlıq edilir;
→ Top qapıya daxil olarsa, qol ləğv edilir, zərbəni yerinə yetirən oyunçuya xəbərdarlıq edilir və oyun müdafiə olunan komanda tərəfindən yerinə yetirilən sərbəst zərbə ilə bərpa olunur;
Altıncı toplanmış qayda pozuntusuna görə təyun olunmuş cərimə zərbəsini yerinə yetirən rəqibin topa doğru hərəkətinə mane olan oyunçuya, topdan ən azı 5 m məsafəyə riayət edirsə belə, rəsmi xəbərdarlıq edilməlidir.
Əgər altıncı toplanmış qayda pozuntusuna görə təyin olunmuş cərimə zərbəsi yerinə yetirildikdən sonra:
Zərbəni yerinə yetirən oyunçu, top digər oyunçuya toxunmamışdan əvvəl topa ikinci dəfə toxunarsa (əli ilə deyil):
→ Sərbəst zərbə (və ya topa əllə oynayarsa, cərimə zərbəsi) təyin edilir;
Top, irəli hərəkət edərkən, kənar şəxs və ya əşyaya toxunarsa:
→ Zərbə təkrar edilir, lakin əgər top qapıya daxil olursa və müdaxilə, müdafiə olunan komandanın qapıçısının və ya oyunçusunun topa oynamasının qarşısını almırsa, qol qeydə alınır (hətta topa kontakt olsa belə), bir şərtlə ki, müdaxilə hücum edən komanda tərəfindən edilməsin.
Top qapıçıdan, qapı dirəklərindən, yaxud qapı tirindən oyun meydanına qayıdır və bundan sonra kənar şəxs və ya əşyaya toxunarsa:
→ hakim oyunu saxlayır;
→ oyun, topun kənar şəxs və ya əşyaya toxunduğu yerdən “mübahisəli top”la bərpa olunur.
Dostları ilə paylaş: |