QAYDA 17 – KÜNC ZƏRBƏSİ
Top, son olaraq müdafiə olunan komandanın oyunçusunun toxunuşundan sonra qapı xəttini yerlə və ya hava ilə tam keçibsə və qol vurulmayıbsa, küncdən zərbə təyin edilir.
Bilavasitə küncdən zərbədən sonra yalnız rəqib komandanın qapısına vurulan qol hesaba alınır; əgər top birbaşa zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olarsa, rəqib komandanın xeyrinə küncdən zərbə təyin edilir.
Prosedur
Top, onun qapı xəttini keçdiyi nöqtəyə yaxın olan künc bölməsinə yerləşdirilməlidir;
Top hərəkətsiz vəziyyətdə olmalıdır və zərbə hücum edən komandanın oyunçusu tərəfindən yerinə yetirilir;
Zərbəni yerinə yetirən oyunçu hazır olduqdan və ya hakimlər tərəfindən işarə veriləndən sonra topu oyuna dörd saniyə ərzində daxil etməlidir;
Topa zərbə endirildikdə və o, aşkar şəkildə hərəkət etdikdə, oyunda sayılır; topun künc bölməsini tərk etməsinə ehtiyac yoxdur;
Rəqib oyunçular, topun oyuna daxil edilməsinə qədər künc qövsündən ən azı 5 m məsafədə olmalıdır.
Dostları ilə paylaş: |