1) Texniki zona yaxınlığında olan hakim qayda pozuntusunu fit səsləndirməklə qeydə alır.
Fit səsləndirən hakim meydana daxil olaraq SV/QV göstərmək üçün qayda pozulan yerə yaxınlaşır
İkinci hakim vəziyyətin (oyunçular və top) idarə olunmasına kömək etmək üçün qaydanın pozulduğu yerə gedir.
SV / QV nümayiş etdirən hakim cəzalanan oyunçunun nömrəsi barədə digər oyun rəsmilərinə məlumat vermək üçün xronometrajçi masasına tərəf gedir. İşarə mərkəz xəttindən, xronometrajçi masasından təxminən 5 m məsafədə edilməlidir.
Hakimlər yerlərini dəyişdikdən sonra oyunu bərpa edirlər. Oyun texniki zonaya yaxın olan hakim tərəfindən fit səsləndiriləndən sonra bərpa olunur
Mövqe seçimi – üçüncü hakim (və ya or ehtiyat köməkçi hakim)
bir və ya daha çox hallarda komanda tərəfindən “oynayan qapıçı” ilə oynayarkən mövqeyı
Bir komanda ”oynayan qapıçı” ilə oynayanda üçüncü hakim (və ya ehtiyat köməkçi hakim) hücum edərkən bu komandanın qapı xəttinə nəzarət edir. Hücum edən komandanın qapısına qol vurularsa, üçüncü hakim (və ya ehtiyat köməkçi hakim) təsdiq edilmiş işarədən istifadə edərək digər hakimlərə məlumat verir.
Hər iki komanda “oynayan qapıçı” ilə oynayırsa və üçüncü hakim və ehtiyat köməkçi hakim varsa, üçüncü hakim bir komandanın, ehtiyat köməkçi hakim isə digər komandanın qapının xəttinə qol/qol deyil vəziyyətinə nəzarət etməlidir.
Dostları ilə paylaş: |