Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə103/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   99   100   101   102   103   104   105   106   ...   139

Ehtiyat oyunçular


Əgər ehtiyat oyunçu əvəzetmə prosedurunu pozaraq meydana daxil olarsa və ya komandasının artıq oyunçu ilə oynamasına səbəb olarsa, hakimlər köməkçi hakimlərin (oyunun digər rəsmi şəxslərin) köməyi ilə aşağıdakı təlimatlara riayət etməlidirlər:

    • Oyun saxlanılır, üstünlük tətbiq edilə bilərsə, oyunu dərhal saxlamağa ehtiyac yoxdur;

    • Onun komandası artıq oyunçu ilə oynayırsa, qeyri-idman hərəkətinə görə və ya əvəzetmə düzgün yerinə yerinə yetirilməyibsə, əvəzetmə prosedurunu pozduğuna görə ona xəbərdarlıq edilir;

    • Əgər o, rəqibi qol vurmaqdan və ya aşkar qol vurmaq imkanından məhrum edərsə, oyunçu meydandan qovulur. Qayda pozuntusu əvəzetmə prosedurunun pozulması və yaxud artıq oyunçu ilə oynamasından asılı olmayaraq, onun komandasında oyunçuların Qayda 3-ə uyğun olaraq sayı azaldılır;

    • Ehtiyat oyunçu əgər daha əvvəl qayda pozuntusuna səbəb olan əvəzetmə prosedurunu tamamlamaq və ya onun komandası artıq oyunçu ilə oynadığına görə texniki zonaya qayıtmaq üçün meydanı tərk etməmişsə, oyun növbəti dəfə dayanan zaman meydanı tərk etməlidir;

    • Əgər hakimlər üstünlük prinsipini tətbiq edirlərsə:

      • Oyun topun həmin ehtiyat oyunçunun komandasına keçdiyi anda saxlanılmalı və əks komandanın xeyrinə top olan yerdən təyin edilən sərbəst zərbə ilə bərpa edilməlidir. Əgər oyun taqsırkar komandanın cərimə meydanında saxlanılmışdırsa, hakimlər sərbəst zərbəni cərimə meydanı xəttinin oyun saxlanılan anda topun olduğu yerə yaxın nöqtəsindən təyin edirlər

(bax: Qayda 13);


  • Və sonra ehtiyat oyunçunun komandası sərbəst zərbə, cərimə zərbəsi və ya 6 metrlik cərimə zərbəsi ilə cəzalandırılan qayda pozuntusu edərsə, rəqib komanda qaydalara uyğun müvafiq şəkildə oyunu bərpa edir. Lazım gələrsə, qayda pozuntusuna uyğun ehtiyat oyunçunun komandasına intizam sanksiya tətbiq edirlər;

  • Sonra oyunu dayandırmalı, ona görə ki, ehtiyat oyunçunun komandasının rəqibləri qayda pozublar və ya top oyundan çıxıb, ehtiyat oyunçunun komandasının rəqibiləri oyunu sərbəst zərbə ilə bərpa edirlər. Lazım gələrsə, qayda pozuntusuna uyğun intizam sanksiya tətbiq edirlər;

  • Əgər adı ehtiyat oyunçular sırasında olan oyunçu oyunun başlanğıcında əsas heyətin oyunçusunun əvəzinə meydana daxil olursa və hakim, yaxud köməkçi hakimlər bu dəyişiklik barədə məlumatlandırılmırsa:

      • Hakimlər ehtiyat oyunçuya matçı davam etdirməyə icazə verir;

      • Ehtiyat oyunçuya qarşı heç bir intizam sanksiyası tətbiq olunmur;

      • Hakimlər bu insidenti müvafiq təşkilatlara bildirirlər;

  • Əgər ehtiyat oyunçu meydana daxil olmazdan öncə qovulma ilə cəzalandırılan qayda pozuntusu edərsə, onun komandasında oyunçuların sayı azaldılmır və başqa bir ehtiyat oyunçu, yaxud ehtiyat oyunçunun əvəz etdiyi əsas oyunçu meydana daxil ola bilər.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin