Əgər oyunçu hakimlərin icazəsi olmadan və Oyun Qaydaları ilə qadağan edilən səbəblərdən meydanı tərk edərsə və üstünlük prinsipi tətbiq edilə bilməzsə, xronometrajçı və ya üçüncü hakim hakimləri məlumatlandırmaq üçün akustik siqnalı səsləndirir. Əgər oyunun saxlanılmasına zərurət yaranarsa, hakimlər təqsirkar komandanı qaydanın pozulduğu anda topun olduğu yerdən təyin edilən sərbəst zərbə ilə cəzalandırır. Əgər üstünlük prinsipi tətbiq edilirsə, akustik siqnal oyunun növbəti dəfə saxlanılması zamanı səsləndirilməlidir. Hakimlərin icazəsi olmadan bilərəkdən meydanı tərk etdiyi üçün oyunçuya xəbərdarlıq edilir.