Hər hansı komandanın heyətində üç nəfərdən az oyunçu olarsa, oyun başlana bilməz, bununla belə, əsas və ehtiyat oyunçular daxil olmaqla, oyunun keçirilməsi üçün oyunçuların minimal sayını təyin etmək milli assosiasiyaların öhdəsinə buraxılır;
Hər hansı bir komandanın heyətində üç nəfərdən az oyunçu olarsa, matç davam etdirilə bilməz. Bir və ya daha çox oyunçunun bilərəkdən meydanı tərk etməsi nəticəsində komandanın heyətində üç nəfərdən az oyunçu qalarsa, hakimlərdən matçı dərhal saxlamaq tələb olunmur və üstünlük prinsipi tətbiq edilə bilər. Belə hallarda, top oyundan çıxdıqdan sonra əgər komandanın heyətində üç nəfərdən az oyunçu qalarsa, hakimlər oyunu bərpa etməməlidirlər.