Hüquq və vəzifələr
Futzal rəqabət yaradan idman növüdür və hakimlər anlamalıdırlar ki, oyunçular arasında fiziki təmas normaldır və oyunun bir hissəsi kimi buna yol verilir. Buna baxmayaraq, əgər oyunçular Oyun Qaydalarına və idman prinsiplərinə, məsələn, nəzakətli oyun prinsipinə hörmətlə yanaşmırlarsa, hakimlər idman prinsiplərinə hörmətlə yanaşılmasını təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.
Hakimlər fasilə zamanı və oyun bitdikdən sonra, həmçinin əlavə vaxtda və 6 metrlik cərimə zərbələri zamanı oyunçulara və ya komandanın rəsmi şəxslərinə xəbərdarlıq etmək və ya onları qovmaq səlahiyyətinə malikdirlər.
Dostları ilə paylaş: |