Hakimlər qayda pozuntusu olarkən üstünlük prinsipini tətbiq edə bilərlər və Oyun Qaydaları üstünlük prinsipinin tətbiq edilməsini bir qayda olaraq qadağan etmir. Məsələn, qapıçı topun qapıdan oyuna daxil edilməsini tez yerinə yetirmək istəyərkən cərimə meydanı daxilində hücum edən komandanın oyunçuları qalarsa, topun qapıdan oyuna daxil edilməsinə icazə verilir. Amma topun oyuna yan xətdən yanlış şəkildə daxil edilməsinə icazə verilmir.
Əgər dörd saniyəlik müddətlə bağlı qayda pozuntusu top oyunda olarkən qapıçı tərəfindən meydanın özünə aid hissəsində topa nəzarət edərkən edilməmişdirsə və qapıçı topa nəzarəti itirirsə, üstünlük prinsipinin tətbiq edilməsinə icazə verilir. Digər hallarda: cərimə və sərbəst zərbə, topun yan xətdən, qapıdan oyuna daxil edilməsi və künc zərbələri zamanı hakimlər üstünlük prinsipini tətbiq edə bilməzlər.
Hakimlər üstünlük prinsipinin tətbiq edilməsi və ya oyunun saxlanılması barədə qərar verərkən aşağıdakı vəziyyətləri nəzərə almalıdırlar:
Qayda pozuntusunun ciddiliyi: əgər qayda pozuntusu oyunçunun meydandan qovulması kimi dəyərləndirilirsə və qol vurmaq imkanı yoxdursa, hakimlər oyunu saxlamalı və oyunçunu meydandan qovmalıdırlar;
Qayda pozuntusunun edildiyi yer rəqibin qapısına nə qədər yaxın olarsa, o qədər effektli ola bilər;
Dərhal təhlükəli hücum imkanı;
Əgər qol vurmaq imkanı yoxdursa, altıncı və ya daha sonrakı toplanmış qayda pozuntusundan sonra üstünlük prinsipi tətbiq edilə bilməz;
Oyunun ab-havası;
Əvvəlki qayda pozuntusuna görə cəzalandırmaq barədə qərar bir neçə saniyə ərzində verilməlidir, lakin daha əvvəl müvafiq işarə verilməyibsə və ya oyunun müəyyən gedişinə imkan verilmişsə, əvvələ qayıtmaq mümkün deyil.
Əgər qayda pozuntusu sarı vərəqəyə layiqdirsə, vərəqə oyunun növbəti dəfə saxlanılması zamanı göstərilməlidir. Bununla belə, aşkar üstünlüyü istisna etməklə hakimlərə oyunu saxlamaq və oyunçuya dərhal xəbərdarlıq etmək tövsiyə olunur. Əgər xəbərdarlıq oyun saxlanılan zaman edilmirsə, daha sonra sarı vərəqə göstərilə bilməz.
Əgər qayda pozuntusu oyunun sərbəst zərbə ilə bərpa edilməsini tələb edirsə, hakimlər oyunun davam etdirilməsini təmin etmək üçün üstünlük prinsipini tətbiq etməlidirlər, bir şərtlə ki, bu hər hansı cavab zərbəsinə səbəb olmasın və qayda pozuntusuna məruz qalan komanda üçün mənfi nəticə verməsin.
Dostları ilə paylaş: |