Komanda tərəfindən beşinci toplanmış qayda pozuntusu edildikdə və ya bir dəqiqəlik fasilə tələb edildikdə köməkçi hakimlər əlləri ilə beşinci toplanmış qayda pozuntusunu edən və ya bir dəqiqəlik fasilə tələb edən komandanın ehtiyat oyunçular skamyasını göstərərək işarə verirlər.
Bir və ya hər iki komanda “oynayan qapıçı” (beşinci oyunçu) ilə oynayan zaman və hər hansı komandanın qapı xəttinə nəzarət zamanı qol vurulursa, üçüncü hakim əlini qaldırıb dərhal meydanın mərkəz nöqtəsini işarə edərək, qol vurulduğunu hakimlərə bildirir.