Akustik siqnal
Akustik siqnal hakimin diqqətini cəlb etmək üçün yalnız zəruri hallarda istifadə edilən mühüm işarə vasitəsidir.
Akustik siqnalın istifadə edilməsi üçün zəruri hallar:
Oyunun hissələrinin başa çatması;
Bir dəqiqəlik fasilə tələbi barədə bildiriş;
Bir dəqiqəlik fasilənin başa çatması barədə bildiriş;
Komanda tərəfindən edilən beşinci toplanmış qayda pozuntusunun bildirilməsi;
Ehtiyat oyunçular və ya komandanın rəsmi şəxsləri tərəfindən yol verilən
intizamsız davranış barədə bildiriş;
Yanlış əvəzetmə barədə bildiriş;
Hakimlər tərəfindən yol verilən intizam xətaları barədə bildiriş;
Kənar müdaxilə barədə bildiriş;
Əgər oyun ərzində xronometrajçı səhvən akustik siqnal səsləndirir və hakimlər bunun oyuna mane olduğunu hesab edirlərsə, oyun saxlanılmalıdır. Əgər hakimlər oyunu saxlayırlarsa, matç oyun saxlanılan anda topun olduğu yerdən mübahisəli topla bərpa edilməlidir. Əgər oyun cərimə meydanında saxlanılmışdırsa, hakimlərdən biri mübahisəli topu cərimə meydanı xəttinin oyun saxlanılan anda topun olduğu yerə yaxın nöqtəsinə atır (bax Qayda 8). Əgər akustik siqnalın səsləndirilməsi oyuna mane olmursa, hakimlər oyunun davam etdirilməsinə işarə verirlər.
Əgər dörd toplanmış qayda pozuntusu etmiş komanda daha bir toplanmış qayda pozuntusu edirsə və hakimlər üstünlük prinsipinin tətbiq edilməsinə qərar verirlərsə, üçüncü hakim xronometrajçı masası üzərində aydın görünən yerdə müvafiq işarə yerləşdirir.
Dostları ilə paylaş: |