Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası



Yüklə 6,76 Mb.
səhifə119/139
tarix10.01.2022
ölçüsü6,76 Mb.
#109739
növüQaydalar
1   ...   115   116   117   118   119   120   121   122   ...   139

Əl ilə oyun


İntizam sanksiyaları

Bilərəkdən əli ilə oynadıqda oyunçuya qeyr-idman hərəkətinə görə xəbərdarlıq edilən hallar mövcuddur, məsələn oyunçu:



  • Rəqibin topa yiyələnməsinə mane olmaq üçün bilərəkdən topa əllə oynayır;

  • Bilərəkdən əllə oynayaraq qol vurmağa çalışır;

  • Qapıçı öz cərimə meydanında olmadıqda, əli ilə oynayaraq qolun qarşısını almağa çalışır və ya rəqibi aşkar qol vurmaq imkanından məhrum edir və istəyinə nail ola bilmir.

Bununla belə, bilərəkdən əllə topa oynayaraq qolun qarşısını alan və ya rəqibi aşkar qol vurmaq imkanından məhrum edən oyunçu meydandan qovulur. Bu cəza oyunçunun bilərəkdən topa oynamasından deyil, qolun vurulmasının qarşısını alan yolverilməz və haqsız müdaxilədən irəli gəlir.


Oyunun bərpası

Qaydanın pozulduğu yerdən cərimə zərbəsi ilə və ya əgər qayda pozuntusu cərimə meydanında baş vermişsə, 6 metrlik cərimə zərbəsi ilə.


Hər hansı oyunçuya şamil oldunğu kimi, əllə oyunla bağlı məhdudiyyətlər öz cərimə meydanından kənarda qapıçıya da şamil olunur. Qapıçı öz cərimə meydanında əllə oyunla bağlı cərimə zərbəsi ilə cəzalandırılan qayda pozuntusunda təqsirkar ola bilməz, istisna kimi, topa əşya atarsa və ya əlində tutduğu hər hansı əşya topa toxunarsa. Bununla belə, o, sərbəst zərbə ilə cəzalandırılan bir neçə qayda pozuntusunda təqsirkar ola bilər.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin